![]() |
|














Bakıda rəqabət, bölgələrdə boşluq: Səbəblər və çıxış yolları...
Tarix 09.08.25, 10:06 |
|

Təhsil sistemində ən çox narahatlıq doğuran məsələlərdən biri məktəblərdə müəllim çatışmazlığıdır. Paytaxt və böyük şəhərlərdə müəllim vakansiyalarına yüksək rəqabət müşahidə olunsa da, regionlarda bunun əksini görürük. Xüsusilə də kənd məktəblərində müəllim çatışmazlığı var. Düzdür, bu problemin həlli üçün müəyyən təkliflər verilib, müxtəlif layihələrin icrası həyata keçirilib. Maraqlıdır, icra olunan layihələr özünü nə dərəcədə doğruldub? Bu istiqamətdə son durum necədir?
Hazırda Azərbaycanın ümumi təhsil müəssisələrində 20 mindən çox gənc müəllim çalışır. Son 5 ildə 18 min 136 müəllim işə qəbul olunub.
2023/2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 6081 gənc müəllim uğur qazanaraq ümumi təhsil müəssisələrinə işə qəbul edilib. Həmin müəllimlərdən 2967-si müddətsiz, 3114-ü isə müddətli müqavilə ilə təyin olunub. 3543 gənc müəllim isə həvəsləndirmə tədbirləri tətbiq edilən kənd məktəblərinə göndərilib. Onlardan 1768-i H1, 1775-i isə H2 tətbiq edilən məktəblərə qəbul olunub.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirir ki, bölgələrdə müəllim çatışmazlığı problemi uzun müddətdir davam edir və getdikcə daha qabarıq şəkildə özünü göstərir: "Biz gələcəkdə bu problemin daha da dərinləşdiyinin şahidi olacağıq. Hesab edirəm ki, bu barədə ciddi düşünməyə ehtiyac var. Bəzi stimullaşdırıcı addımlar atılıb, lakin görünən odur ki, bu tədbirlər kifayət etmir. Bu sahəni necə daha effektiv şəkildə stimullaşdıra biləcəyimizi yenidən nəzərdən keçirməliyik”.
Onun sözlərinə görə, önləyici addımlar atılmasa, problem gələcəkdə daha geniş miqyas alacaq: "Müəllim peşəsinə marağı artırmaq üçün real və ciddi addımlar atılmasına böyük ehtiyac var. Əks halda, regionlarda keyfiyyətli təhsil təminatı ciddi şəkildə risk altına düşə bilər”.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri hesab edir ki, Azərbaycanda ümumilikdə müəllim çatışmazlığı problemi mövcud deyil. Onun fikrincə, əsas problem bəzi bölgələrdə, xüsusilə də ucqar kəndlərdə müəllimlərin yerləşdirilməsində yaranan çətinliklərlə bağlıdır: "Əgər hər il keçirilən MİQ müsabiqəsində vakant yerlərə uğur qazanan namizədlərin nisbətinə baxsaq, bu fərq daha aydın görünür. Məsələn, coğrafiya fənni üzrə hansısa regional təhsil idarəsinin ərazisində 20 vakant yer ayrılır. Lakin imtahanda bu fənn üzrə 300-400 namizəd yüksək nəticə toplayır. Onlardan 100-ə qədəri isə çox yüksək nəticə göstərir. Amma nəticədə yalnız 20 nəfər işə qəbul olunur, digərləri isə gözləmə mövqeyində qalır. Bu vəziyyət ölkədə kifayət qədər təcrübəli və bilikli müəllimlərin olduğunu göstərir. Problem isə onların bölgələrdə yerləşdirilməsi və sosial şəraitin buna uyğun olmamasındadır”.
Elmin Nuri qeyd edir ki, kənd məktəblərində müəllim çatışmazlığı probleminin kökündə daha çox sosial amillər dayanır: "Ucqar kəndlərə müəllim göndərilməsi çətin məsələdir. Çünki bu bölgələrdə iqlim, yol və yaşayış şəraiti müəllimlərin orada uzun müddət işləməsinə imkan vermir. Digər tərəfdən, bu bölgələrə gedən müəllimlərin əksəriyyəti qadınlardır və onların bu şəraitə adaptasiyası daha çətin olur. Bu baxımdan müəllimlərin ucqarlara getməməsi tamamilə anlaşılan bir vəziyyətdir”.
Elmin Nuri hesab edir ki, H1 və H2 stimullaşdırıcı proqramlarında dəyişiklik edilməlidir: "Hazırda H1 həvəsləndirmə tədbiri rayon mərkəzindən 20 km uzaqda çalışan müəllimlərə, H2 isə 40 km uzaqda olanlara şamil edilir. Lakin bu dəstək yalnız 35 yaşa qədər olan müəllimlər üçün keçərlidir. Hesab edirəm ki, yaş limiti aradan qaldırılmalıdır”.
Ekspert əlavə edir ki, stimullaşdırıcı tədbirlər daha cəlbedici edilməlidir: "Müəllimlərin ucqar bölgələrdə çalışması fədakarlıq tələb edir. Ona görə də bu fədakarlıq dəyərləndirilməli və H1, H2 proqramlarına əlavə maliyyə bonusları, güzəştlər və sosial dəstək paketləri daxil edilməlidir”.
ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədovun fikrincə, bu problem təkcə kadrlara deyil, eyni zamanda təhsil sistemindəki struktur, sosial və idarəetmə çatışmazlıqlarına işarə edir: "Bu məsələ ilə bağlı sistemli yanaşma yoxdur. Nəticədə hər il vəziyyət daha da ağırlaşır. Məsələn, 2023-cü il üzrə müəllimlərin işə qəbulu ilə bağlı açıqlanan rəqəmlər də bu fərqi təsdiqləyir. Bakı və Abşeron zonasında bir vakansiyaya orta hesabla 7 namizəd düşür. Amma Qax, Lerik, Kəlbəcər, Yardımlı, Balakən kimi rayonlarda bəzi fənlər üzrə heç bir namizəd müraciət etmir. Bu isə təkcə vakansiyaların dolmaması ilə yox, eyni zamanda həmin məktəblərdə tədrisin keyfiyyəti ilə bağlı ciddi suallar doğurur”.
Mütəxəssis qeyd edir ki, dünyada müəllimlərin ucqar bölgələrə cəlb olunması üçün kifayət qədər müsbət təcrübələr mövcuddur: "Məsələn, Finlandiya və Cənubi Koreyada regionlarda müəllim çatışmazlığı problemi "qapalı məktəb” və "dövlət mentorluğu” modelləri ilə həll olunur. Finlandiyada ucqar kəndlərdə işləyən müəllimlərə rotasiya hüququ verilir: 3 il kənddə işləyən müəllim növbəti il şəhər məktəbində ixtisasartırma proqramına qoşulur. Koreyada isə kənd məktəblərində çalışan müəllimlərə 25–40% əməkhaqqı əlavəsi, həmçinin onların ailə üzvlərinə tibbi və təhsil dəstəyi verilir. Bu sistemlər təkcə maddi deyil, mənəvi və peşəkar dəstəyi də əhatə edir. Azərbaycanda isə Elm və Təhsil Nazirliyi bu yanaşmanı tamamilə nəzərdən qaçırır”.
Ekspert vurğulayır ki, müəllim çatışmazlığının aradan qaldırılması üçün ilk növbədə nazirlik regionlar üzrə "təhsil risk zonaları xəritəsi” hazırlamalıdır: "Bu xəritə müəllim ehtiyacını illik proqnozlar əsasında göstərməli, ali məktəblərə qəbul planları bu xəritəyə uyğun tənzimlənməlidir. Ucqar bölgələrdə müəllimlik üzrə təhsil alan tələbələrə xüsusi təqaüdlər və müqavilə ilə bölgələrdə işləmək öhdəliyi verilməlidir. Eyni zamanda, regionlarda müəllimlər üçün sosial paket – yaşayış, nəqliyyat, kommunal güzəştlər, ailə dəstəyi, peşəkar inkişaf hüquqları sistem halına salınmalıdır. Əgər bu tədbirlər həyata keçirilməzsə, yaxın beş ildə bölgələrdə təhsil imkanları daha da daralacaq, ixtisaslı müəllim tapmaq çətinləşəcək, təhsilin keyfiyyətində dərin regional fərqlər formalaşacaq. Bu, sadəcə pedaqoji yox, sosial təhlükəsizlik məsələsinə çevriləcək. Təhsil sisteminin davamlılığı üçün bərabərlik prinsipi əsas şərtdir və bu prinsipi yalnız mərkəzdə deyil, periferiyada da təmin etmək vacibdir”.
Mənbə: "Kaspi" qəzeti
Xəbərin oxunma sayı : 829
Sosial
Xəbərlər
-
“Neftçi”dən yeni transferi - Mali millisinin üzvünü heyyətinə qatdı
-
Maşın çaya aşdı - Şəhid atası və müharibə iştirakçısı yaralandı
-
“Taliban“dan sərt qadağa - 60 min qadın işsiz qaldı
-
İlham Əliyev BƏƏ Prezidentinə zəng edb - Azərbaycana dəvət etdi
-
Rayonlardan Bakıya axın başladı - Səbəb nədir?
-
Makron hər yerə burnunu soxur - Rubio onu kəskin ittiham etdi
-
Azərbaycanın qeyri-neft ixracında artım - “Sanksiyalar bizim üçün müsbət nəticə verib“
-
Polis Qarabağı zibilləyənlərə qarşı tədbirlər keçirir - VİDEO
-
İkardi yaşıl meydana nə vaxt qayıdacaq? - Dönüş tarixini özü açıqladı
-
Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində dəyişikliklər edilib - Cədvəl
-
Prezident Şahbaz Şərifə zəng etdi - Nələr müzakirə olunub?
-
Bankların mənfəəti azalıb - Səbəb problemli kreditlərdir, yoxsa investisiya xərcləri?
-
Süni intellekt çatbotları ilə yazışanların nəzərinə! - Psixi pozuntular yarana bilər
-
79 yaşlı Ajda Pekkan görünüşü ilə heyran etdi - Fotolar
-
Bakıda oğurladığı itin yerinə öz itini bağladı - Həbs edildi
-
Prokurorluğun həbs etdiyi vəzifəli şəxs niyə azadlığa buraxıldı? - Əkin üçün pul yığırmış...
-
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng etdi - Nələr müzakirə olunub?
-
Mahmud Abbas Fələstin dövlətini elan edəcək - BU TARİXDƏ
-
“Tramp Rusiya və Ukrayna ilə mümkün sammitə açıqdır“ - Reuters
-
Zuğulba ərazisində sakinlərə su verilmir - ŞİKAYƏT /VİDEO
-
Azərbaycanın bəzi rayonlarında leysan yağacaq, dolu düşəcək - PROQNOZ
-
“İstənilən güzəşt növbəti təcavüzə səbəb olacaq“ - Ukrayna xarici işlər naziri
-
FHN Ağdamdakı yanğının görüntülərini yaydı - VİDEO
-
Ağ Ev İlham Əliyevin bu postunu paylaşdı - FOTO
-
Zəngəzur dəhlizinin keçəcəyi iki rayondan son görüntülər - VİDEO
-
İsrail Prezidenti ilə Baş nazirindən Azərbaycan lideri və xalqına - Təbrik
-
Bakıda ağır qəza, sürücülər belə xilas edildi - VİDEO
-
Azərbaycanın bu rayonlarında güclü külək əsib - FAKTİKİ HAVA
-
Xaçmazda çaqqallar kənd sakinlərinə hücum edib - Yaralananlar var
-
Samur-Abşeron kanalı quruyur? - VİDEO
-
Putin Krım ssenarisini təkrarlamağa çalışır - Zelenski
-
100-dən çox ailənin məskunlaşdığı bina çarəsiz vəziyyətdə - VİDEO
-
Skuterə görə xanım sərnişini söydü - “Bolt“ sürücüsü həbs edildi
-
Qəbələ və Ağdərədə yanğın törədən şəxslər saxlanıldı - Foto
-
İrandan Azərbaycanla Ermənistan arasında sülhə - Reaksiya
-
Ağ Evdən tarixi görüşlə bağlı paylaşım - VİDEO
-
Kirayə ev bazarında qıtlıq və bahalaşma: Qiymətlər necədir?
-
Sərxoş vəziyyətdə avtobus sürdü - Həbs edildi
-
“Ermənistanın “ev tapşırıqları” var” - Prezident+Video
-
“Ukrayna Donetski versə, Putin atəşkəsə razıdır” - Rusiyanın şərti məlum oldu
-
Bakıda rəqabət, bölgələrdə boşluq: Səbəblər və çıxış yolları...
-
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq“ - Şahbaz Şərif
-
Sülh sazişi paraflandı - Mətni bu tarixdə açıqlanacaq
-
Tramp Ağ Evin rəmzi açarını İlham Əliyevə təqdim etdi - FOTOLAR
-
"Yekun sülh sazişi istiqamətində mühüm addım atıldı" - Mehriban Əliyeva
-
Azərbaycan - Ermənistan sülh sazişinin imzalanması çox çəkməməlidir - Prezident
-
Türkiyədən sülh razılaşmasına - İlk reaksiya
-
Prezident İlham Əliyev Vaşinqtonda müsahibə verir - VİDEO
-
Vaşinqton görüşünə dair Birgə Bəyannamə imzalandı - Tam mətni
-
Minsq Qrupu tam ləğv olunur - Azərbaycan və Ermənistan ATƏT-ə müraciət edib
-
“Tarixi bir gündür və bu, regionumuz üçün uğurdur“ - Paşinyan
-
Liderlər Ağ Evdə tarixi sazişi imzaladı - Birgə Bəyannamənin TAM MƏTNİ
-
907-ci düzəlişin ləğv edilməsi tarixi hadisədir - İlham Əliyev
-
“Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır“ - Azərbaycan Prezidenti
-
Zəngəzur dəhlizi üzrə ABŞ ilə əməkdaşlıq 99 il davam edəcək - Tramp
-
“Tramp Qafqaza sülh gətirdi“ - İlham Əliyev
-
Üfunət, həşəratlar və çirkab sularla dolan zirzəmi... - VİDEO
-
“Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar“ - Tramp
-
İlham Əliyevin “X”dəki hesabında Trampla görüşündən fotolar paylaşılıb - FOTOLAR
-
ABŞ ilə Azərbaycan arasında anlaşma memorandum imzalanıb - VİDEO
-
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib - VİDEO
-
Donald Tramp İlham Əliyevi qarşıladı - FOTOLAR
-
Xocavənddə doğmalarının məzarını ziyarət edən şəxs yanğına səbəb oldu - RƏSMİ
-
Tramp növbəti dəfə Prezident İlham Əliyevin çıxışı ilə bağlı paylaşım edib - VİDEO
-
Bu ərazidə 2 ildir içməli su problemi hökm sürür - VİDEO
-
Novxanı çimərliyində infeksion xəstəliklər var? - VİDEO
-
“ABŞ Fələstin dövlətini tanımayacaq” - Vens
-
Rusiya SOCAR-ın Odessadakı neft bazasına zərbə endirib - Yaralılar var
-
Ucarda ağaclar kütləvi şəkildə məhv edilib - ŞİKAYƏT/VİDEO
-
“Daha prezidentliyə namizəd olmayacağam” - “Oğlum siyasi varisim deyil...”
-
Türkiyə hökuməti Çanaqqala boğazını bağladı - Tüstüyə görə
-
Arayikgil növbəti dəfə məhkəmə qarşısında - Fotolar
-
“Range Rover“inə çoxtonlu səs siqnalı quraşdırdı - Cərimə edildi
-
Məşhur şirkətin Bakıdakı ofisi müsadirə olunaraq hərraca çıxarılıb - Foto
-
AzTV Su Ehtiyatları Agentliyinin fəaliyyətini tənqid etdi - VİDEO
-
İçki içib, özünü söydü - Məhkəmə cərimə etdi
-
“Prezident müharibədə qalib gəldi - indi sülhü qazanır!” - Hikmət Hacıyev
-
Hökumə Əliyevaya görə bir dəqiqəlik sükut - VİDEO
-
“Qaradağ Şüşə Zavodu”nun borcu il keçdikcə artır - Milyonu ötdü
-
“Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq“ - Ağ Ev
-
Salyanda şadlıq sarayında oğurluq - Qonaq qonağın telefonunu apardı
-
Həftəsonu yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
-
Arvadının üzərinə “kislota” tökən şəxs psixiatriya xəstəxanasından necə qaçıb? - TƏFƏRRÜAT
-
Qəzza sakinlərinə son xəbərdarlıq - Oktyabrın 7-dək...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Baş prokuror Qəbələdə qəbul keçirdi - Fotolar
-
AAAF Parkda total təftiş: Təsisçi Tofiq Heydərov ölkədən çıxıb?
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Daşkəsəndə 30 yaşlı qadın baltalandı - Şübhəli qardaşıdır
-
“Tramp və Putin görüşü gələn həftə Avropada keçirilə bilər“ - ABŞ nəşri
-
Bakıda və bəzi bölgələrdə külək güclənəcək - Sarı xəbərdarlıq
-
“Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə keçidi üçün həm siyasi iradə, həm iqtisadi əsaslar, həm də tarixi bağlantılar mövcuddur“ - Adəm İsmayıl Bakuvi
-
“Tibbi təhsili yoxdur, lakin həkimdir“ - Onkoginekoloq Turanə Nəsibovadan şikayət
-
“Sərxoş olub bizə işgəncə verirdilər” - Əsirlikdə olan azərbaycanlı
-
Məmmədovun “Prado”sundan çıxanlar: İki tüfəng, turaclar, qaşqaldaq…
-
Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı - Foto
-
Baş prokuror yeni rəis təyin etdi - FOTO
-
“92 bal toplamışam, vakant yer tapa bilmirəm” - VİDEO
-
Xalq artisti dənizə paltarla girdi - VİDEO
-
Temperatur aşağı düşəcək - Bu tarixdən...
-
“28 May“dan “Dərnəgül“ə qatarların hərəkəti dayandırılacaq - Rəsmi açıqlama
-
“Moskva və Tehran ciddi müqavimət göstərə bilməyəcək” - “Təbliğatı gücləndirəcəklər...”
-
Neftçalada 900 minlik layihə: Tenderi yenə eyni şirkət udacaq?
-
Sökülən “Sovetski”də tarixi əhəmiyyətli binaların taleyi necə olacaq? - VİDEO
-
“Mənə toxunanları Allaha tapşırıram” - Cahangir Əsgərov
-
Ağ Evdə görüşlərin proqramı açıqlandı - Üçtərəfli imzalanma mərasimi keçiriləcək
-
12 illik təhsilə keçidlə bağlı iddialara - Rəsmi reaksiya
-
Nadirlə Xatirənin öpüşməsi diqqət çəkdi - VİDEO
-
ABŞ-nin Rusiyaya qarşı addımları Putindən asılı olacaq - Tramp
-
Tovuzda 11 yaşlı qıza qarşı əxlaqsızlıq edilib? - DİN-dən açıqlama
-
Lökbatan qəsəbəsində su problemi - “Gün ərzində 1-2 saat verilir”
-
“Azərbaycanla Ermənistan arasında imzalanacaq razılaşma sülh sazişi üçün başlanğıc olacaq“ - Rubio
-
Suriya xalqının yanında olmağa davam edəcəyik - Hakan Fidan
-
Bakı Metropolitenində qeyri-adi hadisə - qadın “20 Yanvar“ stansiyasında ana oldu
-
Azərbaycanda yenidən problemli kreditlərin həcmi artdı - VİDEO
-
İlham Əliyevin Stiv Uitkoff ilə görüşü olub - FOTOLAR
-
Kanalizasiya xətti partladı, vətəndaşın evi çökdü...- VİDEO
-
Su xəttini çəkən zaman səkini qazıb yarasız hala saldılar...- VİDEO
-
MİQ-də vakant yerlərin gizlədildiyi ilə bağlı şikayətlər artmaqdadır - VİDEO
-
Azərbaycanda bu zavodun ərazisi özəlləşdirildi - 1 milyon manata
TOP 10
ARXİV