“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

ABŞ iş adamı Kərimovun yaxtasını satır - ŞOK MƏBLƏĞ

Tarix 06.08.25, 19:22

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ hökuməti rusiyalı senator və iş adamı Süleyman Kərimova məxsus olduğu iddia edilən “Amadeus” superyaxtasını hərraca çıxarıb.

Sözügedən yaxta ABŞ tərəfindən 2022-ci ilin mayında, Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsindən qısa müddət sonra, Ficidə ələ keçirilib.

106 metrlik yaxta ilkin olaraq 325 milyon dollar dəyərində qiymətləndirilib, lakin "NBC News" yazır ki, hərrac zamanı gəmi daha ucuz qiymətə satıla bilər. Hərracda iştirak etmək istəyənlər 10 milyon dollar depozit ödəməlidirlər.

“Megayacht News” nəşrinin məlumatına görə, bu, ABŞ-ın Rusiya-Ukrayna müharibəsi çərçivəsində ələ keçirib satışa çıxardığı ilk yaxtadır.

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) yaxtanı Kərimovlar ailəsi ilə əlaqələndirib. Bununla belə, sənədlərə görə, yaxtanın rəsmi sahibi "Rosneft"in keçmiş rəhbəri Eduard Xudainatovdur. Xudainatov eyni zamanda “Putinin yaxtası”nın sahibi kimi də tanınır.

O, "Amadeus"un ələ keçirilməsinə etiraz etsə də, ABŞ məhkəməsi 2025-ci ildə qərar çıxararaq Xudainatovun yalnız “ön sahib” olduğunu və yaxtaya iddia irəli sürə bilməyəcəyini bəyan edib.

ABŞ səlahiyyətliləri isə texniki xidmət və ekipaj üçün “həddindən artıq xərclər” səbəbindən yaxtanı satmaq qərarına gəliblər. Aylıq saxlanma xərcləri təxminən 922 min dollar, iki il yarım ərzində isə ümumilikdə 30 milyon dollar təşkil edib. Bu barədə "The Washington Post" məlumat yayıb.

Hərrac Milli Dəniz Xidmətləri tərəfindən, "Fraser Yachts" brokeri ilə əməkdaşlıq çərçivəsində təşkil olunur. Yaxta hazırda Kaliforniyanın San Dieqo körfəzində yerləşir. Yaxta haqqında hazırlanmış 12 dəqiqəlik tanıtım videosu brokerin YouTube kanalında dərc olunub.

Məlumatlara görə, gəmi 8 kabinədən ibarətdir, 16 qonaq və 36 ekipaj üzvünü qəbul edə bilir. Yaxtada helikopter meydançası, üzgüçülük hovuzu, gözəllik salonu, idman zalı, iki spa, iki lift və bir neçə bar mövcuddur.

Hərracın 10 sentyabr 2025-ci il tarixində baş tutacağı gözlənilir.





Xəbərin oxunma sayı : 1033




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap