“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Xocavənddə doğmalarının məzarını ziyarət edən şəxs yanğına səbəb oldu - RƏSMİ

Tarix 08.08.25, 23:29

Font ölçüsü : - / +
bitmap-img6


Avqustun 8-də Xocavənd rayonunun Əmirallar kəndi ərazisindəki qəbiristanlıqda yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, araşdırmalarla yanğının rayon sakini 1990-cı il təvəllüdlü Səxavət Məmmədov tərəfindən qəbiristanlıqda doğmalarının məzarını ziyarət edərkən odla ehtiyatsız davranması nəticəsində baş verdiyi müəyyən edilib. Hadisə nəticəsində təxminən 5 hektar sahədə kol-kos yanıb və bir neçə məzara ziyan dəyib.

S.Məmmədov məsuliyyətə cəlb olunub.

FHN və DİN bir daha diqqətə çatdırır ki, açıq ərazilərdə ocaq qalamaq və ya tüstülənməyə səbəb ola biləcək hərəkətlərə yol vermək, xüsusilə də yay mövsümündə ciddi ekoloji və təhlükəsizlik riskləri yaradır. Bir anlıq məsuliyyətsizlik hektarlarla sahəni məhv edə, təbiətə, kənd təsərrüfatına və insanlara böyük ziyan vura bilər. Vətəndaşlar bu hallara səbəb olacaq əməllərdən çəkinməli, təhlükəsizlik qaydalarına əməl etməlidir.



Xəbərin oxunma sayı : 991




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap