“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakıda oğurladığı itin yerinə öz itini bağladı - Həbs edildi

Tarix 10.08.25, 15:43

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda it oğurlamaqda təqsirləndirilən şəxs həbs edilib. Həmin şəxs oğurladığı itin yerinə öz itini bağlayıb.

Musavat.com-un xəbərinə görə, hadisə Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya Postunun yaxınlığında baş verib.

37 yaşlı Anar (ad şərtidir) postun arxasından keçən zaman “Malinka” cinsli itin dəmir dirəyə bağlandığını görüb. Dediyinə görə, iti gəzdirmək üçün ipini açaraq götürüb. Öz itini də həmin yerə bağlayıb.

Anar iti evə apararaq bir gün saxlayıb. Həmin günün səhəri itlə birlikdə Avtovağzal ərazisində yerləşən gül mağazasına gəlib. Orada olan zaman bir nəfər yaxınlaşaraq itin sahibi olduğunu deyib. Sonra hadisə yerinə polis əməkdaşları çağırılıb.

Anar iti oğurlamaq fikri olmadığını deyib. Bildirib ki, məqsədi iti gəzdirdikdən sonra yerinə qaytarmaq olub. Amma onun dedikləri inandırıcı olmayıb. İtin sahibi də Anardan şikayətçi olub.

Anar İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, 25 sutka həbs edilib.



Xəbərin oxunma sayı : 358




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap