![]() |
|


645.jpg)






8.jpg)




Rus jurnalist Azərbaycanda ABŞ laboratoriyası “tapdı” - Qalmaqallı film
Tarix 23.01.22, 20:17 |
|

Yanvarın 22-də "Rossiya-24” telekanalında (bu gün təkrar efirə verilib) keçmiş SSRİ-nin bir çox respublikalarında ABŞ Müdafiə Nazirliyinin, yəni Pentaqonun maliyyə vəsaiti ilə tikilmiş mikrobioloji laboratoriyalarla bağlı sənədli film efirə verilib. Tanınmış araşdırmaçı jurnalist Arkadi Mamontovun "Andromeda ştammı” adlanan sənədli filmində keçmiş SSRİ respublikalarındakı ABŞ bioloji laboratoriyalarından söz açılır. Təəssüf ki, Rusiyanın peşəkar araşdırmaçı jurnalisti kimi bir çox maraqlı sənədli filmlərin müəllifi olan Mamontov heç bir sübut göstərmədən Azərbaycanda da belə laboratoriyaların mövcudluğunu iddia edib ki, buna yazının sonunda qayıdacağıq...
Filmdə (18-ci dəqiqədən baxmaq olar) Ermənistandakı laboratoriyalar haqda da söhbət açılır. Rusiyanın Qafqazda strateji müttəfiqi adlandırılan Ermənistanda rus hərbi bazası ölkənin müstəqil dövlət kimi mövcudluğunun qarantiyası adlandırılır. Jurnalist bildirib ki, 3 milyon əhalisi olan Ermənistanda 12 belə laboratoriya mövcuddur.
Erməni ekspert Qriqor Qriqonyan ABŞ biolaboratoriyanın ölkə ərazisində fəaliyyətini dəyərləndirərək deyib ki, Ermənistan de-yure müstəqil olsa da, de-fakto ABŞ-ın koloniyası da hesab edilə bilər. Ekspert hesab edir ki, Rusiyanın əhatəsində yaradılmış ABŞ laboratoriyaları Moskvaya qarşı yönəlib. "Niyə virusların yayılmasının qarşısının alınmasını ABŞ Səhiyyə Nazirliyi deyil, Pentaqon maliyyələşdirir” sualına ekspertin cavabı belə olub: "Ermənistanda əsasən, brusellyoz, Sibir xorasının bioloji silah kimi istifadəsinin ekspermentləri keçirilir”.

Filmdə Gümrü və Sevan gölü yaxınlığındakı laboratoriyalardan söhbət açılır, təhlükəli ekspermentlərin yaşayış zonasının yaxınlığında yerləşməsinə diqqət çəkilib. Mamontov milyonların ayrıldığı ABŞ laboratoriyasının yerləşdiyi Gümrüdəki aşağı həyat səviyyəsinə də diqqət çəkib. Ermənistanla bağlı bölümün sonu da maraqlıdır. "Bu sadə adamlar belə görünür ki, amerikalıların onların xeyrinə iş gördüklərinə inanırlar. Amma heç ağıllarına belə gəlmir ki, onları təcrübə dovşanı kimi istifadə edirlər...”
Qeyd edək ki, qeyri-rəsmi mənbələrə görə, ABŞ-da yaradılan referens-laboratoriyalar 2010-cu ildən Ukrayna, 2011-ci ildən Gürcüstan, 2016-cı ildən isə Qazaxıstan, Ermənistan və Özbəkistanda fəaliyyət göstərir.
Sovet dövründə Ermənistan SSR Mikrobiologiya İnstitutu mikrobiologiya üzrə ən böyük mərkəz sayılırdı. 90-cı illərdə institutun elmi-tədqiqat işləri ABŞ və Böyük Britaniyanı maraqlandırıb. Ermənistanlı mütəxəssisləri Qərb ölkələrində təcrübə keçməyə dəvət ediblər. Laboratoriyalar Ermənistan səhiyyə sisteminə daxildir, lakin ABŞ Müdafiə Nazirliyi yanında Təhlükənin Azaldılması üzrə Agentliyin onlara birbaşa çıxışı var. Yerli mütəxəssislərlə yanaşı, orada amerikalılar da işləyirlər.

Moskva Rusiya sərhədlərində Vaşinqtonun bioloji fəallığından dəfələrlə narahatlığını bildirib. 2018-ci ilin sentyabrında Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri İqor Giorqadze laboratoriyada insanlar üzərində təcrübələr aparıldığı ehtimalını səsləndirib və onlarla insanın öldüyünü sübut edən sənədlər təqdim edib. 2018-ci ildə Qazaxıstanda da meningit xəstələrinin sayı nəzərəçarpacaq dərəcədə artmışdı və Almatıda həmin laboratoriyadan meninqokok infeksiyasının sızması barədə söz-söhbət yayılmışdı. Jurnalistlər və blogerlər yazırdılar ki, amerikalılar qəsdən virusun yayılmasına yol veriblər. Bununla, onlar laboratoriyada hazırlanan bakterioloji silahların effektivliyini yoxlamaq istəyiblər...
Ermənistandakı biolaboratoriyaların fəaliyyəti Moskvanın narahatlığına səbəb olması yeni xəbər deyil. Mamontov filmində də bu narazılığı açıq göstərir, hətta erməniləri aşağılayan ifadələr işlətməkdən çəkinmir. Yada salaq ki, şübhələri aradan qaldırmaq üçün 2019-cu ilin payızında baş nazir Nikol Paşinyan rusiyalı mütəxəssislərlə əməkdaşlıq haqqında memorandumu imzalamağa razılıq vermişdi. Detallar razılaşdırılsa da, son anda Ermənistan tərəfi bu sənəddən imtina edib.

Nəhayət, belə laboratoriyaların Azərbaycanda olması barədə filmdə göründüyü kimi, bunu təsdiq edəcək heç bir fakt yoxdur. Əgər jurnalist filmi hazırlayarkən laboratoriyaların olduğu ölkələrə səfər edibsə, Azərbaycandan isə "yan keçilibsə”, demək, bu cür iddialar yalnız sözdür. Amma niyə Rusiya bu və ya digər səviyyələrdə bu iddiaları tez-tez dilə gətirər, o da maraqlıdır. Bir neçə il öncə Rusiya Federasiyası Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov iddia etmişdi ki, guya Azərbaycanda Pentaqonun nəzarəti altında olan laboratoriyalar var, hətta "yenidən qurulur ”. "Azərbaycan ərazisində başqa dövlətin nəzarəti altında olan hər hansı laboratoriya yoxdur. Buna görə də, onların yenidən qurulması barədə söhbət gedə bilməz” deyə, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti iddiaları bu sözlərlə təkzib etmişdi.
Mamontovun filmində ölkəmizin adının yenidən bu cür gündəmə gətirilməsinə hələ ki, rəsmi Bakının reaksiyası yoxdur…
Mənbə: Musavat.com
Xəbərin oxunma sayı : 727
loading...
Hadisə
Xəbərlər
-
“Real” 14-cü dəfə Çempionlar Liqasının qalibi oldu - VİDEO
-
Şəbnəm Tovuzlu meydan oxudu: “Hansı efirdə varamsa, orda reytinq var”
-
Kilsə pulsuz ərzaq payladı: İzdihamda 30-dan çox insan həlak oldu
-
30 ildən sonra Ağdamda Xaçınçay çayına su gəldi - VİDEO
-
İstanbulun rəmzləri Azərbaycan bayrağının rənglərinə büründü - FOTOLAR
-
“Bir il əvvəl əhalini təxliyə etmək təklif olunmuşdu” - Zelenski
-
Yarımçıq qalmış şəhər: Dəliməmmədli - REPORTAJ
-
“Azərişıq”ın problem yaradan yeniliyi - ARAŞDIRMA
-
Bu avtomobillərin kredit şərtləri sadələşdirilə bilər - VİDEO
-
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana işgüzar səfəri başa çatıb – FOTO
-
Mehriban Əliyevadan “TEKNOFEST Azərbaycan” ilə bağlı paylaşım - FOTO
-
Əziz Sancar, Selçuk Bayraktar kimi insanlar gənclər üçün örnəkdir - Prezident İlham Əliyev
-
Rusiya rublu “ayaqda tutmaq” üçün nə qədər pul xərcləyir? - VİDEO
-
Pakistan Prezidenti İlham Əliyevi təbrik edib
-
Ərdoğandan Azərbaycanla bağlı paylaşım - FOTO
-
Britaniya deputatının oğlu Ukraynada cəbhə xəttində Rusiyaya qarşı - FOTO
-
Füzulidə 23 yaşlı gənc minaya DÜŞDÜ
-
Əfv sərəncamı ilə azadlığa çıxan ömürlük məhbus... - Şəmsi Səmədzadə kimdir? + VİDEO
-
Putin iki ölkənin liderləri ilə danışdı – Ukrayna müzakirəsi
-
Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədlər açıqlanıb - FOTO
-
Xəstəxanasız qalan Liman şəhəri - VİDEO
-
Ərdoğan Bəxtiyar Vahabzadənin məşhur şeirini səsləndirib - VİDEO
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
“Savaşda olduğu kimi, sülhdə də Azərbaycanı dəstəkləyirik” - Ərdoğan
-
Ərdoğan və Əliyev bir yerdə festivalda hərbi texnikalarına baxış keçiriblə - VİDEO
-
Pakistan Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib - FOTO
-
“Can Azərbaycanın Müstəqillik Günündə sizinlə birlikdə olmaqdan məmnunam” - Ərdoğan
-
“Biz yaxşı günlərdə də, çətin günlərdə də bir-birimizin yanındayıq“ - İlham Əliyev
-
Milli ordu quruculuğunun memarı - VİDEO
-
“Əziz qardaşımın bizimlə bərabər olması ikiqat bayramdır“ - Azərbaycan Prezidenti
-
Səlcuq Bayraktar “TEKNOFEST”də çıxış edib: “Eşq olsun Azərbaycana!”
-
İlham Əliyev və Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalında - CANLI YAYIM
-
Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib - FOTO
-
Ukrayna ABŞ-dan yeni artilleriya qurğusu alıb: “Bu, çox keyfiyyətli texnikadır”
-
Şəhid Araz Seyfullayevin DOĞUM GÜNÜDÜR
-
“İcra başçısı torpağımı əlimdən alıb, öz adamlarına verdi” - Tovuz sakini
-
“Azərişıq” ASC işçilərini istismar edir“ - Şikayət
-
Üçrəngli bayrağımızın ideoloqu Əli Bəy Hüseynzadə - VİDEO
-
“Qoy müstəqilliyimiz əbədi olsun!“ - Mehriban Əliyeva
-
“Ukrayna Xersonda əks-hücuma başlayıb“ - Prezident Ofisi
-
İntim sirlərinə görə ərini öldürdü – Bakıda biznes-ledinin cinayəti
-
Cenifer Lopezin üzünün qırışsız olmasının sirri açıqlandı - FOTO
-
Nəcməddin Sakıkovun “sağ əli“ həbs olundu - Mənimsəmə və dələduzluqda ittiham olunur
-
“Brent” neftinin qiyməti 150 dolları keçə bilər“ - “Bank of America”
-
“Rusiya Silahlı Qüvvələri Donbasa hücumun növbəti mərhələsinə başlayıb“ - Britaniya kəşfiyyatı
-
Suçiçəyinə qarşı peyvənd meymunçiçəyindən qoruyur? - TƏBİB-dən açıqlama
-
Azərbaycan nefti bahalaşdı - 126 dollar
-
Rusiyada 1000 ədəd peyk buraxmaq istəyirlər - Ukraynada müharibəni izləmək üçün
-
Topçubaşovun Parisdən yazdığı məktub nədən bəhs edirdi? - VİDEO
-
Əfv sərəncamının icrasına başlanılıb
-
Azərbaycanda Müstəqillik Günü qeyd edilir
-
Gülşen Bakıda səhnəyə bu geyimdə çıxdı - VİDEO
-
“Qarabağ“ Azərbaycan kubokunu qazandı - VİDEO
-
“Putin Avropa ölkələrini Finlandiyalaşdırmaq əvəzinə NATOlaşdırdı” - Bayden
-
“Çox şadam ki, fəal çalışırlar“ - Prezident
-
Bakıda qadını qətlə yetirərək yandıran şəxs tutulub - Prokurorluq və DİN birgə məlumat yaydı
-
“PUA-ların yaradılma səbəblərindən biri də Qarabağdır” - Səlcuq Bayraktar
-
Azərbaycanda yaşı 100-dən çox olan neçə seçici var? – VİDEO
-
Gəncə hadisələrinə görə məhkum olunan bu şəxslər əfv olundu - SİYAHI
-
10 il əvvəl baş vermiş qətlin üstü açıldı - TƏFƏRRÜAT
-
Bakıda hücuma məruz qalan aktrisa danışdı: “Yolda gedərkən məni arxadan qucaqladı” - VİDEO
-
Səfər Mehdiyev “papanın gül balaları“na vəzifə paylayır - SİYAHI
-
“TEKNOFEST Azərbaycan”da ikinci gün - VİDEOREPORTAJ
-
Zəngilanda Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı - FOTOLAR
-
Prezident əfv sərəncamı imzaladı - Əfv olunanlar arasında tanınmışlar da var + SİYAHI
-
Mehriban Əliyeva Ağalı kəndindən paylaşım edib - FOTO
-
Baş nazirdən kommersiya təşkilatları ilə bağlı SƏRƏNCAM
-
Hafiz Hacıyev Vilyama qalan mirasdan söz açdı: “Yoldaşının babasının sovet dövründə bir manatı da olmazdı”
-
“Meymunçiçəyi bəzi hallarda ölümlə nəticələnə bilər” - TƏBİB
-
“Rusiya Ukraynada qalib gəlsə...” - Britaniya XİN başçısından xəbərdarlıq
-
Sabah Ərdoğan Azərbaycana gələcək - İki ölkə lideri Müstəqillik Gününü bərabər qeyd edəcək
-
Yüksək vəzifəli şəxsdən kürəkənini həbsdən buraxmaq üçün 100 min manatı kim alıb?
-
Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub - FOTO
-
“Biz güclü olmasaq, istədiyimiz kimi yaşaya bilmərik“ - Azərbaycan Prezidenti
-
Rusiyalı deputat Putindən müharibəni dayandırmağı tələb etdi - Qarışıqlıq düşdü + VİDEO
-
“Hər kəs bilir ki, Azərbaycanla hesablaşmaq lazımdır“ - Prezident
-
“İsveç və Finlandiya Türkiyənin tələblərini yerinə yetirməlidirlər” - NATO-nun Baş katibi
-
“Otağımda aşkarlanan 6 milyon arvadımın babasından miras qalmışdı“ - Vilyam Hacıyev
-
“Bu qanun Prezidentin imzası ilə gəlib” - Valeh Ələsgərovdan deputata sərt reaksiya
-
İpoteka borcu olanların nəzərinə: ƏDV nə zaman qaytarılacaq? - VİDEO
-
Sabiq DSK sədri Oğuzda yarım milyonluq ticarət mərkəzi tikdirir - FOTO
-
Horadiz-Ağbənd dəmir yolunun tikintisi işləri sürətlə davam edir - VİDEO
-
Azərbaycanda referendum olacaqmı? - Hökumətdəki mənbələr cavab verib
-
Vilayət Eyvazov töhmət verdiyi rəisi işdən çıxardı - FOTO
-
Bu qanunu pozanlar cərimələnəcək - Dəyişiklik
-
Daxili Qoşunların hərbçisi minaya düşdü - Ağdamda
-
Selçuk Bayraktar Şuşada: “Torpağımızda gözü olanlarla...“
-
Bakıda yanmış meyiti tapılan qadın müəllim öldürülübmüş - VİDEO
-
Kolbasa və sosis istehsalı müəssisəsində nöqsanlar: Etiket məlumatı başqa, tərkibi başqa - FOTO
-
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda intensiv meyvə bağı ilə tanış olublar
-
Bu gün əfv sərəncamı imzalanacaq
-
Lənkəranda dövlət tenderlərini kimlər udur? – SİYAHI
-
Şakira hakim qarşısına çıxacaq: Həbs oluna bilər
-
“Uşağın nə dilinə yatır, nə də yadında qalır”: Dərslik dərdi, ya şəxsi intriqa? - FOTO
-
“Qərb Rusiya ilə oynamağı dayandırmalıdır” - Volodimir Zelenski
-
“Rusiyanın silah çatışmazlığı var, 50 illik tanklardan istifadə edir“ - Britaniya kəşfiyyatı
-
Zəngilan şəhəri belə qurulacaq - Detallar
-
Kabus şəhərə çevrilən Mariupolun içindən dəhşətli görüntülər - VİDEO
-
Prezident və xanımı Oxçuçay sahilində - VİDEO
-
Vəfa Şərifovanın ala bilmədiyi mahnını Günay İbrahimliyə satdılar – “O kimdir ki?” - VİDEO
-
“Zəngilanı biz park şəhərinə çevirməliyik“ - Prezident
-
“Biz tarix yazmalıydıq və bacardıq“ - Joze Mourinyu
-
Sığorta pulunu ala bilməyən sürücülərin diqqətində - VİDEO
-
“Alfons” Müdafiə Nazirliyindən 43 min manat alacaq – Faktlar
-
Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI
-
Azərbaycanda tələbələr etiraz edir: Dövlət imtahanı LƏĞV edilsin - VİDEO
-
Zəngilanın Baş planı Prezidentə təqdim olundu - FOTOLAR
-
“Ermənistanda ABŞ-ın maliyyələşdirdiyi biolaboratoriyalar var” - Lavrov
-
Mehriban Əliyeva Zəngilandan paylaşım edib - VİDEO
-
Bəzi şəhər və rayonlarda su olmayacaq - Xəbərdarlıq
-
“Nüvə təhlükəsi yenidən reallığa çevrilib” - Antonio Quterreş
-
İŞİD liderinin İstanbulda saxlanıldığı iddia edilir - Ərdoğan açıqlayacaq...
-
Azərbaycan siqaretlər bahalaşdı - Yeni qiymətlər
-
Cavid Qurbanov Hicran Valehovu niyə özünə sələf seçdi? – ARAŞDIRMA
-
BMT-də qorxunc həqiqətlər açıqlandı: “Rusiya ukraynalı uşaqları qaçırır”
-
Zaqatalada 16 min sakin içməli su tapmır - FOTO
-
Xarkov vilayətində Rusiya kəşfiyyatına işləyən ukraynalı idmançı tutuldu - VİDEO
-
Yeni tarif qiymətləri təsdiqləndi – Baş nazir qərarı imzaladı
-
Fərid Qayıbovun işdən çıxardığı direktor sabiq nazirin qaynıdır - FOTO
-
Türk və Azərbaycan şahinləri Bakı səmasında - “Texnofest“dən görüntülər + VİDEO
TOP 10
ARXİV