“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakı Limanına yeni baş direktor təyin edildi - Dosye

Tarix 07.07.25, 10:40

Font ölçüsü : - / +
bitmap-img6


Eldar Salahov “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin baş direktoru təyin edilib.

AzFakt.com xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, Eldar Adil oğlu Salahov Bakıda anadan olub.
“1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda maliyyə ixtisası üzrə təhsil alıb. 2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.
1998–2001-ci illərdə BMT İnkişaf Proqramının (UNDP) azad iqtisadi zonaların texniki-iqtisadi əsaslandırılması üzrə eksperti, 2001–2002-ci illərdə İqtisadi İnkişaf Naziriliyinin İnvestisiya siyasəti şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb. 2003–2016-cı illərdə müxtəlif özəl şirkətlərdə və beynəlxalq layihələrdə baş direktor, vitse-prezident kimi rəhbər vəzifələrdə işləyib.
E.Salahov 2016-cı ildən fəaliyyətini Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində şöbə müdiri, 2019-cu ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdir müavini, Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri vəzifələrində davam etdirib.
“Bakı şəhərinin 2020–2040-cı illər üzrə Baş planı”nın layihə idarəetmə qrupunun rəhbəri, işğaldan azad edilmiş ərazilərin “Ümumi planı”, eləcə də Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Şuşa, Kəlbəcər və Laçın şəhərlərinin “Baş plan”larının hazırlanması üzrə yaradılmış işçi qruplarının rəhbər müavini, habelə BMT-nin nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF#13) 2026-cı ildə Bakı şəhərində təşkili hüququnun əldə edilməsi üzrə beynəlxalq tenderdə iştirak məqsədilə yaradılmış layihə idarəetmə qrupunun rəhbəri olub.

E.Salahov ADY-də karyerasına 2024-cü ilin sentyabrından başlayıb, Beynəlxalq əlaqələr departamentinin müdiri olub”, - məlumatda deyilir.



Xəbərin oxunma sayı : 331




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap