“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO

Tarix 03.07.25, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron icra hakimiyyəti ilə "anlaşan" maklerlər qanunsuz tikintilərini açıq şəkildə davam etdirirlər . 

Paytax Bakı və ətraf rayonlarrda son illər tikilərək kreditlə satılan evlərin sayı çoxalıb. Vətəndaşlar üçün sərfəli qiymətə satılan bu evlərin yalnız torpaq sənədi mövcuddur. Belə ki, ev satışı ilə məşğul olan maklerlər yerli icra hakimiyyətləri ilə anlaşaraq, heç bir rəsmi icazə olmadan evlərin tikintisini rahat şəkildə aparırlar.  

AzFakt.com-un apardığı kiçik araşdırmada məlum oldu ki, sənədiz evlərin tikintisində ilk sırada Abşeron rayon Masazır qəsəbəsi dayanır. Belə ki, hazırda bu qəsəbədə gecə-gündüz dayanmadan sənədsiz evlərin tikintisi gedir və maklerlər kreditlər ev satışını həyata keçirirlər.  

Açıklama yok.

Məlumata görə Masazır qəsəbəsi Murtuza Muxtarov küçəsində (569 cu marşurutun sonuncu dayancağı) sənədi olmayan evlər açıq şəkildə inşa edilməkdədir. Bildirək ki, Tik Tok sosial platformasında "Kreditlə həyət evləri" səhifəsi hər gün canlı açaraq vətəndaşları sərfəli qiymətlərlə ev almalarına səsləyir. 



Adı çəkilən səhifədə açıq şəkildə bildirilir ki, evlərin sənədi yoxdur, yalnız torpağın çıxarışı var. Bu isə o anlama gəlir ki, hazırda Masazır qəsəbəsi Murtuza Muxtarov küçəsində inşa edilən evlərin tikintisi üçün aidiyyatı qurumlar olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin heç bir rəsmi icazəsi yoxdur. 

Qeyd edək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir.

Məcəlləyə görə löhvədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları, müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır. 

Açıklama yok.
Ancaq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında Masazır qəsəbəsi Murtuza Muxtarov küçəsində inşa edilən evlərlə bağlı  heç bir məlumat yoxdur. 

Əldə etdiyimiz məlumata görə Masazır qəsəbəsi Murtuza Muxtarov küçəsində qanunsuz evlərin tikintisi və satışı ilə məşğul olan maklerlər Abşeron icra hakimiyyəti ilə "anlaşaraq" işlərini rahat şəkildə aparırlar. 

Açıklama yok.

Məlumata görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ərazidəki tikintilərə nəzarətsiz buraxmasının səbəbkarı Abşeron Rayon İcra Hakimiyyətidir. Belə ki, Abşeron RİH-nin hər iki qurumla anlaşdığı iddia edilir. 

Yazıda adı keçən qurumların mövqeyini dərc etməyə hazırıq. 

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.





Xəbərin oxunma sayı : 487




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap