“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB

Tarix 08.07.25, 10:13

Font ölçüsü : - / +
bitmap-img6


Hamiləlik dövründə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində təbii doğuş ödənişsiz şəkildə, yəni icbari tibbi sığorta hesabına həyata keçirilir.

Bu barədə TƏBİB-in sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, tibbi xidmətlərdən hamilə qadınların yararlanması məqsədilə hamiləliyin nəzarəti aparılan tibb müəssisəsi tərəfindən 30-cu həftəsindən sonra tərtib edilən mübadilə vərəqələri təqdim edilir: “Hamilə qadının seçimi də nəzərə alınmaqla doğuşun təşkili və ya icrası ixtisaslı tibb müəssisəsinə yönləndirilir. İcbari tibbi sığorta çərçivəsində hamilə qadınlara doğuşaqədər tibbi xidmətlər və nəzarət, həmçinin patronaj xidməti ilkin səhiyyə xidmətinə uyğun olaraq həkim-mama ginekoloqlar tərəfindən həyata keçirilir. Tibbi göstəriş olduğu halda qeysəriyyə əməliyyatı da icbari tibbi sığorta çərçivəsində icra olunur. 

Bundan əlavə, hamilə qadında digər xəstəlik aşkar olunarsa və bu diaqnoz Xidmətlər Zərfinə uyğun olaraq təminata alınıbsa, vətəndaş tibbi xidmətdən ödənişsiz əsaslarla yararlana bilər”.



Xəbərin oxunma sayı : 205




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap