![]() |
|














“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
Tarix 07.07.25, 23:00 |
|

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 7-də davam etdirilib.
AzFakt.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində əsir və girov götürülmüş, işğal nəticəsində əmlaklarını itirmiş və digər zərərlər görmüş şəxslər ifadə veriblər.
Zərərçəkmiş şəxs Güloğlan Əmirxanov ifadəsində Xocavənd rayonunun Qaradağlı kəndində anadan olduğunu, 1992-ci il fevralın 17-də kənd işğal olunan zaman Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülərək Ağkəndə aparıldığını bildirib. Dövlət ittihamçısı Vüsal Abdullayevin sualını cavablandıran zərərçəkmiş girovluqda olduğu 65 gün müddətində işgəncələrə məruz qaldığını, döyüldüyünü, dişlərinin çəkildiyini, üstünə it ilə hücum olunduğunu bildirib. O deyib: “Aprelin 21-də girovluqdan azad olundum. Sonra bildim ki, anam və digər qohumlarım da girov götürülübmüş”.
G.Əmirxanov Qaradağlı sakinlərinin bir qisminin “Bəylik bağı” adlanan yerdə kütləvi şəkildə qətlə yetirildiyini xatırladaraq, girov olduğu zaman ora aparıldığını bildirib. Belə ki, ondan həmin ərazidə meyitlərin çıxarılması tələb olunub. Lakin meyitlər kütləvi şəkildə dərində basdırıldığından onları çıxara bilməyib. Zərərçəkmiş şəxs bir qədər aralıda ermənilər tərəfindən qətlə yetirilmiş üç nəfər azərbaycanlının meyitlərini qazaraq çıxardığını bildirib.
Zərərçəkmiş Elşən Şirinov ifadəsində 1992-ci ilin fevral ayının 17-də Qaradağlı kəndinin digər sakinləri kimi girov götürüldüyünü bildirib. Girov götürülənlərdən qadın və yaşlı kişiləri bir “KamAZ”a, nisbətən cavanları isə digər “KamAZ”a yığaraq Xankəndi istiqamətinə aparıblar. Hadisələr zamanı onun anası da yaralanıb. “Mən də anamla getmək istədim. Qoymadılar, məni təpikləyib başqa maşına mindirdilər”, - deyə E.Şirinov bildirib.
Zərərçəkmiş bildirib ki, kənddən çıxarkən girov götürülmüş kənd sakinlərindən iki nəfər maşından düşürülüb, başına ağac vurula-vurula qətlə yetirilib. Daha sonra maşınları “Bəylik bağı” adlanan ərazidə saxlayan ermənilər burada 20 nəfərdən çox azərbaycanlını güllələyərək qətlə yetirib.
Xankəndi həbsxanasına aparılmış E.Şirinov burada olduğu müddətdə gündə 12 nəfərə bir çörək verildiyini, hər gün işgəncələrə məruz qaldıqlarını deyib. Daha sonra isə o, Xocavənddə evlərdən birinin zirzəmisində saxlanılıb.
Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş şəxs dizində və bədənində işgəncə izlərinin indi də qaldığını bildirib.
Zərərçəkmiş şəxs Əli İsmayılov ifadəsində əslən Qərbi Azərbaycandan olduğunu, 1988-ci ildə Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yurd-yuvasından didərgin düşdüyünü, əvvəlcə Şuşada, sonra isə ailəsi ilə Xocalıda məskunlaşdığını bildirib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı doğmalarının qətlə yetirildiyini söyləyib. O, doğmalarının Ağdamda Uzundərə qəbiristanlığında dəfn edildiyini, lakin sonradan həmin ərazinin də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini bildirib. Qəbirlərin olduğu ərazidə işğal dövründə yol çəkilib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında bildirib ki, Xocalı faciəsi zamanı qardaşı Nadir İsmayılov və bacısı Nərgiz İsmayılova həlak olub.
Zərərçəkmiş Elxan Cabbarov bildirib ki,1992-ci ilin yanvar ayının sonlarında ailəlikcə Xocalıdan Ağdam rayonunun Ergi qəsəbəsinə köçüblər. Sonradan eşidiblər ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Xankəndidəki 366-cı alayın hərbçiləri tanklarla və başqa döyüş texnikaları ilə Xocalıya hər tərəfdən hücum edib.
Hücum edənlər dinc əhalini, o cümlədən uşaqları, qadınları, qocaları odlu silah atəşləri ilə öldürüb, şəhəri yandırıb. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında bildirib ki, Xocalı soyqırımı zamanı onun əmisi qızı Raya Orucova, Rayanın azyaşlı qızı Xəyalə Orucova və Rayanın əri Telman Orucov ermənilər tərəfindən qətlə yetirilib.
Zərərçəkmiş Kamil Bayramov bildirib ki, atası Cəllad Bayramov və daha bir neçə azərbaycanlı 1991-ci il martın 11-də yaşadığı Kosalar kəndinə ərzaq və yardım gətirərkən Ağdam-Əsgəran yolunda erməni təcavüzkarları tərəfindən avtobusda öldürülüb. O deyib: “Biz dörd uşaq atasız qaldıq”.
O, 1992-ci il fevralın 26-na keçən gecə Kosalı kəndindən Xocalı şəhərinin yandırıldığını gördüyünü də bildirib.
Zərərçəkmiş bildirib ki, yaşadıqları kənd ermənilər tərəfindən mühasirəyə alındığından, 1992-ci il mayın 7-də evlərini məcburi tərk ediblər.
Zərərçəkmiş Ramiz Qəhrəmanov ifadəsində bildirib ki, 1991-ci il dekabrın 15-də ermənilər Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının texnikası ilə kəndə hücuma keçib, 2 nəfər öldürülüb.
Bundan sonra sakinlər Kosalar kəndi istiqamətində olan dağ yolları ilə kəndi tərk edib. Cəmilli kəndində yaşayan 120 ailədən ibarət 591 nəfər sakin məcburi köçkün düşüb. Ümumilikdə Cəmilli kəndindən 13 nəfər həlak olub.
Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran R.Qəhrəmanov qətlə yetirilmiş kənd sakinləri arasında azyaşlının - 6 yaşlı Abdullayeva Maya Sərhat qızının olduğunu da bildirib.
Zərərçəkmiş şəxs - Kərkicahan qəsəbəsinin sakini Dərgah Haqverdiyev azərbaycanlı əhaliyə qarşı milli ayrı-seçkilik zəminində təzyiqlər olduğunu bildirib. O, Robert Köçəryanın bu proseslərdə fəal olduğunu vurğulayıb.
D.Haqverdiyev 1988-ci ilin fevral ayından sonra ermənilərin azərbaycanlıları aşkar şəkildə qovmağa başladığını, həmin ilin sentyabr ayında Xankəndi şəhərində yaşayan azərbaycanlıların fərdi yaşayış evlərinin yandırıldığını bildirib. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında deyib ki, həmin vaxt Xankəndi şəhərinin mərkəzi meydanında ermənilər tərəfindən keçirilən mitinqdən sonra silahlı ermənilər Kərkicahan qəsəbəsinə hücum edib, bir neçə evi yandırıblar.
Zərərçəkmiş bildirib ki, 1991-ci ildən başlayaraq Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayda xidmət edən ermənilərin iştirakı ilə, həmin alayın silahlarından, texnikalarından istifadə etməklə qəsəbə atəşə tutulub. Dekabrın 28-də isə kəndə hücuma keçən ermənilər Kərkicahanı işğal edib. Həmin vaxt azərbaycanlılara məxsus bütün evlər yandırılıb.
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər, deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir, burada ancaq ermənilər yaşamalıdır. Hücum edəndə isə qışqırıb deyirdilər ki, azərbaycanlılar rədd olub getməlidir, bura Ermənistan ərazisidir”, - deyə zərərçəkmiş şəxs bildirib.
O əlavə edib ki, işğal zamanı əhali çox çətinliklə meşə yolu ilə kənddən çıxaraq Şuşa şəhərinə gedib. İşğala kimi Kərkicahan qəsəbəsində əhalinin sayı 1796 nəfər olub. Kərkicahan qəsəbəsində işğaldan əvvəl azərbaycanlılara məxsus 350 fərdi yaşayış evi, orta məktəb binası və s. olub.
Siracəddin Mərdəliyev ifadəsində 1992-ci ildə Xocalıya hücumlarla əlaqədar anasının onları Ağdama apardığını bildirib. Fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı onun valideynləri Xocalının digər sakinləri ilə birlikdə girov götürülüb.
Zərərçəkmiş Şükür Şükürov ifadəsində 1993-cü il avqustun 17-də Cəbrayıl rayonunun Süleymanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülmüş yeznəsi Müzəffər Rüstəmovun meyitini gətirmək istəyərkən girov götürüldüyünü bildirib. O, 23 ay 8 gün girovluqda qalıb. Hadrutda, Xankəndidə və Şuşada (həbsxanada) saxlanılıb. Girov olduğu müddətdə ona müxtəlif işgəncələr verilib, döyülüb. Nəticədə almacıq sümüyü, çənəsi və burnu sınıb. Azərbaycan tərəfində təhvil verilərkən ağır vəziyyətdə olub. Ş.Şükürov ona işgəncə verən erməni hərbçilərdən bəzilərinin adlarını da çəkib: “Biri Mixail Balasanyan, digəri Elmira Aqayan idi”.
Zərərçəkmiş İman Quliyev ifadəsində 1989-cu il dekabrın 1-də həmkəndliləri ilə yük maşınında ot yığmaqdan qayıdarkən ermənilər tərəfindən döyülərək zorla Qafan rayonuna aparıldıqlarını bildirib. O, Ermənistanda saxlanıldıqları müddətdə döyüldüklərini, işgəncəyə məruz qaldıqlarını, üzərlərindəki pulların əllərindən alındığını deyib.
Zərərçəkmiş şəxs Əbülfət Qasımov ifadəsində deyib ki, 1994-cü il yanvarın 12-də Füzuli rayonu Aşağı Əbdurrəhmanlı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinə qarşı döyüşərkən yaralanıb. Bu zaman əsir götürülüb. Zərərçəkmiş şəxs bildirib ki, Xankəndi şəhərində yerləşən istintaq təcridxanasının işçilərindən Artur, Armen Samo, Maksim, Mişa və adlarını xatırlamadığı ermənilər azərbaycanlı əsir və girovları rezin dəyənəklərlə, yumruq-təpiklə, armaturla və digər küt əşyalarla döyüb işgəncələr veriblər. O, Xəlil Hacıyevlə birlikdə ermənilərə məxsus avtomobillə əsirlikdən qaçaraq Ağdam rayonu, Qərvənd kəndi ərazisinə gəlib.
Zərərçəkmiş Həbib Kazımov ifadəsində 1992-ci ildə hərbi xidmətini çəkməsi ilə əlaqədar Qubadlı rayonu ərazisindəki döyüş mövqelərinə yollandığını bildirib. 1993-cü il sentyabrın 3-də Əliquluuşağı kəndində gedən döyüşlərdə yaralanıb, nəticədə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. O, əsirlik müddətində Xocavənddə, Şuşa həbsxanasında və Xankəndidə saxlanılıb. H.Kazımov əsirlikdə daim döyüldüyünü, işgəncələrə məruz qaldığını deyib. 1995-ci ilin mart ayının ortalarında həmin həbsxanada ermənilər tərəfindən vəhşicəsinə döyüldüyü üçün Xankəndi şəhər uşaq xəstəxanasına müalicə olunmağa aparılıb və əsirlikdən azad olunanadək (1995-ci il mayın 8-i) orada saxlanılıb. Qeyd edib ki, Şuşa həbsxanasında əsirlikdə saxlanıldığı müddətdə Qor, Vrej, Artur, Lyoşa, Lyoxa, Roba, Vanya, Kamo, Samvel və Mişa adlı ermənilər həm birlikdə, həm də ki, ayrı-ayrılıqda olmaqla ona qarşı zorakılıq ediblər.
“Sumqayıtdan olduğumu bildiklərinə görə daha çox döyürdülər. Deyirdilər türkdür, döyün”, - deyə o bildirib.
Zərərçəkmiş şəxs Bayram Rüstəmov ifadəsində 1993-cü il avqustun 30-da Qubadlı rayonunda yerləşən Qarağac kəndində həmkəndlisi Əliyev Mehman Vəliş oğlu ilə birlikdə girov götürüldüyünü bildirib. Onlar Cəbrayıl rayonunun “Gəyən” düzü adlanan yerə aparılıb. Orada bir gün saxlanıldıqdan sonra Xankəndi şəhərində yerləşən keçmiş 366-cı motoatıcı alayının həyətindəki zirzəmiyə aparılaraq orada saxlanılıb. Ermənilər onlara hər gün işgəncə veriblər, hər gün armatur, rezin dəyənək, yumruq-təpiklə döyərək işlədiblər, ac saxlayıblar. Həmin yerdə təxminən 1 il 5 ay saxlanılıb.
Ermənilər onları işğal olunmuş Ağdam rayonuna apararaq binaları sökdürüb materiallarını, eləcə də meşələri doğratdırıb odunlarını Xankəndi şəhərinə daşıtdırıblar. Orada 1 il 5 ay saxlanıldıqdan sonra Şuşa həbsxanasına aparılıblar. Ermənilər tərəfindən onlar 6 ay həbsxanada saxlanıldıqdan sonra işlətmək üçün Xocavənd rayonunun Ağbulaq kəndinə aparıblar. 1995-ci ilin oktyabrında Qədir və Vüqar adlı əsirlərlə birlikdə Ağbulaq kəndi yaxınlığında meşəyə girərək 10-12 gün yol getməklə Ağdam rayonunun Əfətli kəndinə çatıb, oradan isə Ağcabədi istiqamətində hərəkət edib girovluqdan azad olub.
Zərərçəkmiş Cavidan Qasımov bildirib ki, 2021-ci il yanvarın 29-da saat 18 radələrində Ermənistanın sərhədində Laçın rayonu ərazisində yerləşən postdan əsgər yoldaşı Aydın Gülmalıyevlə birlikdə silahsız çıxıb digər posta gedərkən dumanlı havada yolu azıblar. Bu zaman onlar Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb.
Səhəri gün Yerevan şəhərinə aparılıblar. Orada onlar ayrı-ayrı otaqlarda saxlanılıb, təhqir edilib və bədənlərinə zərbələr vurulub. Yanvarın 31-də Şuşa şəhərində Azərbaycan tərəfinə təhvil veriliblər.
Zərərçəkmiş şəxs Əlizamin Qaraşov bildirib ki, 1993-cü il sentyabrın 30-da Ermənistan silahlı qüvvələri yaşadığı Həmzəli kəndinə soxulublar. Ailə üzvləri əvvəlcədən kəndi tərk ediblər, o, kənddə tək qalıbmış. Ermənistan hərbçiləri onu girov götürüblər. Girov götürülərkən 13 yaşı olub. Girovluqda olan zaman əvvəlcə Xocavəndə, sonra Xankəndiyə aparılıb. Xankəndidə ona və digər azərbaycanlı girovlara qarşı işgəncələr verilib, müxtəlif işlərə cəlb olunub. Xankəndidə erməni nəzarətçisi onu o qədər döyüb ki, nəticədə sol tərəfindən qabırğa sümüyü sınıb. Başına açarla zərbələr vurulması nəticəsində isə baş nahiyəsi deşilib. 1994-cü il oktyabrın 6-da girovluqdan azad edilib.
Zərərçəkmiş şəxs Hüsniyyə İbrahimova bildirib ki, 1990-cı il martın 1-də saat 10 radələrində əri İbrahimov Rüstəm Zülfüqar oğlu və 12 yaşlı oğlu Abbas İbrahimovla birlikdə avtomobillə yaşadıqları Ermənistanın Göyçə mahalında, Basarkeçər rayonunun Böyük Mərzə kəndindən çıxıb Qazax şəhərinin mərkəzi bazarına gələrkən, İcevan rayonunun ərazisindən “Poçt” adlanan yerdən keçən zaman odlu silahlarla silahlanmış azı 20 nəfər silahlı yük avtomobilləri ilə onların avtomobilinin qabağını və arxasını kəsib, avtomobildən düşmələrini tələb ediblər. Onlar zorla İrəvan şəhərinə aparılıblar. İrəvanda ikimərtəbəli binanın zirzəmisinə salıblar. Həmin zirzəmidə onlardan başqa digər azərbaycanlı girovlar olub.
Erməni hərbçilər onları hər gün silahların qundağı ilə, dəmir predmetlərlə, yumruq-təpik zərbələri ilə bədənlərinin bütün nahiyələrinə çoxsaylı zərbələr vurub, sellofan torbaları yandıraraq əridib, damcılarını əllərinin, bədənlərinin üzərinə töküblər. Nəticədə H.İbrahimovanın sol qolu sınıb, əri Rüstəmin başının sümüyü əzilib, 12 yaşlı oğlu Abbas tamamilə taqətdən düşüb.
Silahlı dəstəsinin “Coni” ləqəbli üzvü girovluğun 2-ci və ya 3-cü günündə zirzəmidə əsirlərin gözünün qabağında Ağdərə rayonundan əsir düşmüş 20 yaşlı, adını bilmədiyi azərbaycanlı oğlanın boğazını dəryazla kəsib, qanını stəkana töküb “Türklərin qanını belə içəcəyik” deyərək içib. Həmin cavan oğlanın qanı axaraq, zirzəmidə ölüb. Onlar hər gün işgəncələrə məruz qalıb, martın 8-də girovluqdan azad ediliblər.
Zərərçəkmiş Cümşüd Əliyev ifadəsində deyib ki, 1992-də Füzuli rayonunda Ermənistan silahlı qüvvələrinə qarşı döyüşərkən yaralanıb, nəticədə əsir götürülüb. O, əvvəlcə Xocavəndə, daha sonra Qarakəndə apardılar. Əsir olduğu 10 gün müddətində hər gün döyülüb, işgəncələrə məruz qalıb.
Zərərçəkmiş şəxs Yavər Nəcəfov Laçında anadan olduğunu, hərbi xidmətdən sonra Sumqayıt şəhərində yaşadığını bildirib. O, Laçına valideynlərini gətirmək üçün gedərkən, 1992-ci il mayın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb və Gorus şəhərinə aparılıb. Onu Gorus Polis İdarəsinin zirzəmisində saxlayıblar. İyunun 13-də girovluqdan azad edilərək Azərbaycana təhvil verilib.
Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin də suallarını cavablandırıblar.
Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmə prosesi iyulun 10-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

































Xəbərin oxunma sayı : 397
Hadisə
Xəbərlər
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
-
Bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
-
Film istehsalı üçün çəkilmiş xərclər... - Hökumət yeni qərar verdi
-
DTX və DSX-dan birgə əməliyyat - Bunun qarşısı alındı
-
Rusiyada bu gün işdən çıxarılan nazir intihar etdib - Özünü güllələyib
-
Kosmetoloq Dr. Fateh Abbaslıdan tərbiyəsiz paylaşım - FOTO
-
Özünü Türkiyədən gələn vəkil kimi təqdim edib, türkcə danışıb - Azərbaycanda ŞOK dələduzluq işi
-
Rusiyalı nazir Bakıya gəldi - İkitərəfli görüşlər keçirək
-
“Azərbaycan Suriyaya qaz ixracına hazırdır“ - “Texniki imkanlar və resurslar mövcuddur“
-
Bu quruma rəis və rəis müavini təyin olundu - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
MİDA tikdiyi binadan kirayə götürdüyü mənzili satdı - MƏHKƏMƏ İŞİ
-
Azərbaycanda bu müəllimlər 2250 manat alacaq - SİYAHI
-
İş yerində baş verən qanlı qətl - Bıçağı sinəsinə vurmuşdu
-
“Moskva ilə Bakı tərəfdaş və müttəfiq olaraq qalmalıdır“ - Kreml
-
Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq - Qanun dəyişir
-
“Azərişıq” bu şübhəli şirkətə 1 ayda 26,3 milyonluq sifariş verib - TENDER
-
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
-
“Saakaşvili əfv edilməyəcək“ - Şalva Papuaşvili
-
Xanımla videosu yayılan təşkilat rəhbəri şikayətçidir - “Qudurmusuz”
-
Nizami rayonunda Heydər Əliyev parkının ərazisi kimə satılıb? - VİDEO
-
Prezident yeni rektor təyin etdi - SƏRƏNCAM
-
Müharibədən sağ qayıdan qazi “tükdönmə” əməliyyatından öldü - VİDEO
-
Kamran Əliyev vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandı - Şübhəli qayınatadır
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Rusiyada azərbaycanlılara qarşı YENİ təzyiq: İşçilər yataqxanadan çıxarılır
-
Türkiyə ordusuna şəhid sayı 12-yə yüksəldi - Metan qazı faciəsi
-
“Gürcüstan hökumətinə qarşı şantaj siyasəti aparılıb“ - Kobaxidze
-
Bu müəllimlərə 2250 manat veriləcək - SİYAHI
-
Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə: İyulun 13-dək...
-
Qeyri-rəsmi nikahdan doğulan uşaqların sayının bölgələrdə çoxluğunun səbəbi nədir? - VİDEO
-
Ukrayna Almaniyadan bu silahları istəyib - Siyahı yayımlandı
-
Prezidenti İlham Əliyev qəbul keçirdi - FOTOLAR
-
“Narahatlığa heç bir əsas yoxdur” - MN-dən əhaliyə çağırış
-
Aeroport yolunun ortasında dayandı, qəzaya səbəb oldu - VİDEO
-
Bakı Limanına yeni baş direktor təyin edildi - Dosye
-
Xaricdən məhsul gətirənlərin nəzərinə! - VİDEO
-
“Ukraynaya çox kömək edirəm, amma...“ - Tramp
-
Azərbaycanda bu valyutalar UCUZLAŞDI
-
Beyləqanda ustalar hündürlükdən yıxıldı - Biri öldü
-
Türkiyə ordusuna şəhid sayı 8-ə yüksəldi - Metan qazı faciəsi
-
Yasamalda yeni binanın tikintisi təhvil verilmir - Sakinlərdən şikayət (VİDEO)
-
Xankəndidə möhtəşəm beynəlxalq tədbir
-
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması
-
Nəsrin Bodrumda transparan libası ilə diqqət çəkdi - FOTOLAR
-
“ABŞ və İsrail İrana hücuma görə məsuliyyət daşımalıdır“ - Nazir
-
Bakıda kanalizasiya suları birbaşa dənizə axıdılır - VİDEO
-
Naxçıvanda min bir dərdə dərman olan suyun sirri nədir? - VİDEO
-
Azərbaycanda torpaqların kadastrının dronlarla xəritələnməsi təklif edilir - VİDEO
-
BRİKS liderlərindən İsrailə sərt tələb: “Qoşunlarını dərhal Suriyadan çıxar”
-
ECO-nun Zirvə görüşü yeni reallıqların, uğurların təqdimatıdır
-
Çimərliklərə getmək istəyənlərin NƏZƏRİNƏ
-
“Azərbaycanda ən təbii qız mənəm“ - Pərvin Abıyeva
-
Məktəbəhazırlıq təhsili məcburi olacaq? - Rəsmi
-
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
-
“Ukrayna Rusiya ilə əsas məhbus mübadiləsinin səkkiz mərhələsini başa vurub“ - Zelenski
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi belə olacaq - FOTOLAR
-
Bakının mənzil fondu yenilənir - VİDEO
-
Azərbaycanın qızıl bazarında vəziyyət necədir? - Açıqlama
-
Kəşfiyyatın məxfi məlumatı mediaya sızdı: sensasion təfərrüatlar
-
Pərvin Abıyeva şıdırğı rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Vəkilliyə qəbulla bağlı test imtahanında 196 nəfər uğur qazandı - SİYAHI
-
Nikahsız analar, sənədsiz uşaqlar: Kimdir günahkar?
-
Xankəndində təşkil olunan Zirvə görüşü həm siyasi, həm də iqtisadi baxımdan çoxşaxəli və dərin mənalar daşıyır
-
Bulvarda dənizə düşən 57 yaşlı qadın xilas edildi - VİDEO
-
Məmmədli sakinləri acınacaqlı durumda: “Şikayətimizə baxan yoxdur“
-
Xaricdən məhsul gətirənlərin nəzərinə: Hansı qaydalar dəyişir?
-
Oğlunu 10 minə FHN-ə işə düzəldəcəkdi - Məmmədovun cinayət işi
-
“Neftçi“ dünya ulduzu ilə danışıqlar başladı - İDDİA
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
Putinlə Makron arasında telefon danışığı - Lavrov açıqladı
-
Həmin rəqəm səhvən 5000 əvəzinə 3000 göstərilib - DİM
-
Yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
Mask yeni siyasi partiyasını qurduğunu elan etdi - “Amerika“
-
Avronun bahalaşması Azərbaycanda qiymət artımına səbəb olur - VİDEO
-
Əməkdaşlıq davam edir, əlavə yüz minlərlə dron alacağıq - Zelenski
-
Kür çayında batan gənc tələbə imiş - “Üzə bilmirdin, niyə gedirdin, ay bala?”
-
Xamenei müharibədən sonra ilk dəfə üzə çıxdı - VİDEO
-
“Ermənistanla normallaşma üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb“ - Elçin Əmirbəyov
-
Qohumlarını xilas etmək istədilər, üçü də göldə batdı - Fotolar
-
Bakıda və bölgələrdə yağış yağır, dənizdə dalğanın hündürlüyü 4,2 metrə çatıb - FAKTİKİ HAVA
-
Almaniya Patriot sistemlərinin dörddə birini Ukraynaya təhvil verib - “Bloomberg“
-
“Ermənistana yeni konstitusiya lazımdır“ - Paşinyan
-
Saray körpüsünün ətrafı genişləndirilir - VİDEO
-
Binəqədidə ağaclardan qurd tökülür - VİDEO
-
“Rusiya Ermənistandakı hərbi mövcudluğunu genişləndirir“ - Ukrayna kəşfiyyatı
-
13 yaşlı qızı zorlamaqda ittiham edilən şəxs həbs olundu - 10 min ödəyib, ailə ilə barışmışdı
-
TikTok-la bağlı sövdələşmə hazırdır: İyulun 7-8-də...
-
İslam aləmi Aşura Gününü necə qeyd edir - ARAŞDIRMA
-
Azərbaycanda ən az maaşı kim alır? - Açıqlama
-
Boşanmadan sonra kredit borcunu kim ödəməlidir? - AÇIQLAMA
-
Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi - Rəfiyevlərin tender SİYAHISI
-
“Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır“ - Türkiyə prezidenti
-
İrəvanda məscidlərimizi də bərpa edəcəyik - Allahşükür Paşazadə
-
“Qəzza razılaşması gələn həftə bağlanıla bilər” - Tramp
-
Bir ayın kirayəsi bir günə - Bağ evləri “od tutub yanır”
-
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
-
“Ermənistan və Azərbaycanın imzalayacağı sülh regionun ab-havasını dəyişəcək“ - Ərdoğan
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
“İnsanlar şaiyələrə inanmayıb, təxribatlara uymasınlar“ - QMİ
-
Beş kollecin direktoru işdən çıxarılıb - Yerinə təyinatlar olub
-
Polis özünü dənizə ataraq qadını xilas edib - VİDEO
-
Bu gün Aşuradır - Qanvermə aksiyaları təşkil olunub
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
DTX-nın Akademiyasında növbəti məzun buraxılışı olub - VİDEO
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
TOP 10
ARXİV