“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?

Tarix 07.07.25, 22:41

Font ölçüsü : - / +
bitmap-img6


“MedEra Hospital”da xalq təbabəti ilə xəstələri sağaltdığı bildirilən Elnur Əli əslində falçılıqla məşğuldur.

Açıklama yok.

Belə bir iddia ilə redaksiyamıza oxucumuz Aynur Şahkərimova müraciət edib. Onun sözlərinə görə, onkoloji xəstə olan xalası inandığı üçün E.Əlinin yanına gedib: “Qəbulu 30 manatdır. Xalamla anam və o biri xalam da gedib. Ödəniş ediblər və “həkim” qapını bağlayıb başlayıb otaqda falçılıq etməyə.

Xəstənin səhhəti qalıb bir tərəfdə, birinə deyib sənin qara maşınlı kimin var, ona qəza görsənir, o birinə deyib səndə ağırlıq var, məni basır. Anama deyib ki, qurban kəs, bir pay da mənə gətir. Anam da pensiyasını gözləyir ki, qurban kəsib bir pay “həkim”ə, bir pay da köməkçisinə aparsın.

Xalama deyib sən xəstəsən, amma o biri xalam üçün deyib ölüm varsa o səndən qabaq öləcək. Anama deyib ki, sən korsan, xəstəxanaya düşəcəksən, get dənizdən duzlu su götür, çim. Ödənişi edilməsinə baxmayaraq, xalam üçün heç nə etməyib. Xalam yenidən gedib ki, pul ödəmişəm, falıma baxsın. Anama deyib sən ərinlə qonşu kimi yaşayırsan. 70 yaşlı qadına bu söz deyilər?

“MedEra Hospital”, bu nə şarlatanlıqdır? Sən tibb müəssisəsisən, bu biabırçılıqlara necə yol verə bilərsən?”

media-466

Qeyd edilənlərlə bağlı Elnur Əli ilə əlaqə saxladıq. O, bütün deyilənləri inkar etdi. Bildirdi ki, manual terapiya ilə məşğuldur, həmin xəstələri də qəbul edib və öz ixtisası daxilində yardım göstərib: “Metastaz vermiş xəstəni gətirdilər yanıma ki, bax gör göbəyi düşübmü. Birinci dəfə bir bacı gəlmişdi, dedi ki, çox əlləmə, əzmə, sadəcə bax. Mən də başa düşdüm ki, təsəlli axtarırlar. Bacısına göz vurub xəstəyə dedim ki, sənə ölüm görsənmir, yaxşısan.

Heç sarğı da vurmadım xəstəyə. Evə gedəndən sonra mənə zəng etdilər ki, qusur, qan gəlir, dedim özünün onkoloquna müraciət edin. Dedilər yox, mütləq sənin yanına gətirmək istəyirik, dedim gətirin, amma stasionara qoyacağıq.

3 gündən sonra baxdım ki, yenə gəldilər, bu dəfə 3 bacı. O qədər analiz, müayinə cavabları dedilər ki, məni ağırlıq basdı, dedim yoruldum, birinci gün gələrsiz, qalanına birinci gün baxaram”.

E.Əli bildirdi ki, bacılardan heç birinə “qara maşınlı adamın qəza törədəcəyi”, “qurban kəsməli olması” barədə heç nə deməyib: “Bunu demək üçün adamın əlində fakt-sübut olmalıdır, onlar sübutsuz danışırlar”./afn.az



Xəbərin oxunma sayı : 283




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap