![]() |
|














“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
Tarix 04.07.25, 22:16 |
|

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 4-də davam etdirilib.
AzFakt.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində əsir və girov götürülmüş, habelə Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində yaralanmış, işğal nəticəsində digər zərərlər görmüş şəxslər ifadə veriblər.
Zərərçəkmiş şəxs Quliyev Bəxtiyar Məhəmməd oğlu ifadəsində Kəlbəcər rayonunun işğalı ilə əlaqədar ailə üzvləri və digər mülki şəxslərlə birlikdə 1993-cü il martın 31-də rayondan “Tunel” adlandırılan ərazi vasitəsilə çıxarkən Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduqlarını bildirib. Nəticədə qardaşı İslam Quliyev öldürülüb. Hadisə zamanı yük maşınında olan 21 nəfərdən əksəriyyəti qətlə yetirilib. O özü isə sol ayağının bud hissəsindən yaralanıb. Ermənistan hərbçiləri onları girov götürərək əvvəlcə Ağdərə rayonunun Heyvalı kəndinə, daha sonra Xankəndi şəhərinə aparıblar. Girov olduqları müddətdə onlara işgəncə verilib. “Mən girov götürüləndə yaralandım. Yaramın üstünə soyuq su tökdülər ki, qan dayansın. 7 ay girovluqda qaldım. Bizə qarşı qeyri-insani formada davranırdılar. Saxlanılma şəraitimiz çox acınacaqlı, antisanitar vəziyyətdə idi”, - deyə o əlavə edib. Zərərçəkmiş şəxs 1993-cü il sentyabrın 22-də girovluqdan azad edilərək Azərbaycan tərəfinə təhvil verilib. Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında zərərçəkmiş şəxs bildirib ki, Kəlbəcər işğal edilən zaman onlara ərazidən çıxmaq üçün heç bir dəhliz verilməyib.
Zərərçəkmiş şəxs Nəsibə Quliyeva ifadəsində Kəlbəcərin işğalı zamanı 13 yaşı olduğunu, bacı-qardaşları ilə birlikdə 1993-cü il martın 31-də rayondan yük avtomobili ilə çıxarkən “Tunel” adlanan ərazidə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduqlarını bildirib. O deyib ki, həmin vaxt onları hərbçilər müşayiət etməyib və maşındakıların çoxu azyaşlılar olub: “O qədər çox güllə atırdılar ki, sanki dolu yağırdı”.
Zərərçəkmiş hadisə zamanı 3 yaşlı bacısının və 3 azyaşlı qardaşının onunla birlikdə olduğunu bildirib: “Mənə 6 güllə və qəlpələr dəymişdi, hazırda bədənimdə çoxlu qəlpə var”.
N.Quliyeva daha sonra Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü söyləyib. Bacısının girovluğun ilk günlərində Ağdərə rayonunun Vəng kəndinə müalicə adı ilə aparıldığını, səhəri gün isə onun ölməsi barədə xəbər verildiyini deyib. O, hələ də bacısından və iki qardaşından (Aygün, Yaşar və Məzahir Quliyevlər) xəbər ala bilmədiklərini diqqətə çatdırıb.
Zərərçəkmiş şəxs qardaşı Bəxtiyarın hadisə zamanı 9 yaşı olduğunu, girovluqda erməni hərbçisinin onun başına təpiklə vurduğu zərbəyə görə indiyə qədər də səhhətində problemin qaldığını bildirib.
Dövlət ittihamçısı Təranə Məmmədovanın sualını cavablandıran N.Quliyeva daha sonra 3 ay 15 gün Xankəndidə saxlanıldıqlarını söyləyib. O, girovluqdan azad olunarkən əvvəlcə İrəvana, oradan isə Bakıya gətirildiyini deyib və əlavə edib: “Valideynlərim sağdır, onlar hələ də üç övladını gözləyirlər. Deyirlər, ermənilər onları saxlayır, gələcəklər...”.
Zərərçəkmiş şəxs Təhməz Şahverdiyev ifadəsində Kəlbəcərin Başlıbel kənd sakini olduğunu, rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı Ətdərəsi adlı yerdə girov götürüldüyünü bildirib: “Biz həmin vaxt yeddi nəfər idik. İki nəfəri öldürdülər, beş nəfəri girov götürdülər”.
O, dövlət ittihamçısı Vüsal Abdullayevin sualını cavablandırarkən bildirib ki, Ermənistan hərbçiləri tərəfindən əvvəlcə Kəlbəcərin mərkəzinə, bir həftə sonra Ermənistanın Basarkeçər rayonuna, bundan iki gün sonra isə İrəvana aparılıblar. Orada onlar tikintidə fəhlə kimi işlədilib, mütəmadi olaraq işgəncələrə məruz qalıblar.
Zərərçəkmiş şəxs İrəvanda olduqları müddətdə onlara hər gün bir dəfə, nadir hallarda isə iki dəfə çörək verildiyini bildirib. O, girovlardan birinin işgəncə ilə öldürülməsinə şahid olduğunu da söyləyib. Zərərçəkmiş şəxs 7 ay 2 gün girovluqda saxlanıldıqdan sonra Azərbaycana təhvil verildiyini bildirib.
Zərərçəkən Elbrus Əmirov isə Kəlbəcər rayonunun Ağdaban kənd sakinidir. O, ifadəsində bildrib ki, 1992-ci ilin aprel ayında Ermənistan silahlı qüvvələri müxtəlif çaplı silahlarla kəndə hücum edərək mülki sakinlərə divan tutub. 67 mülki sakini güllələyiblər. Çoxlu sayda yaralananlar olub. 14 nəfəri isə yandırıblar. Yandırılanlar arasında onun babası Bəkir Qocayev və nənəsi Zeynəb Qocayeva da olub. Əhalinin mal-qarasını yığıb aparıblar. Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabında deyib ki, hücum zamanı sağ qalanları girov götürüblər.
Zərərçəkmiş şəxs Qoşqar Quliyev ifadəsində ondan bir qədər əvvəl ifadə vermiş N.Quliyevanın danışdıqlarını təsdiqləyib. O, mülki şəxsləri daşıyan yük avtomobilinin sürücüsü olduğunu söyləyib. Zərərçəkmiş girov götürülərkən ayağından güllə yarası aldığını deyib.
Zərərçəkmiş şəxs Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin sualına cavabında əvvəlcə Ağdərənin Heyvalı kəndinə, daha sonra Xankəndi şəhərinə, iyunun 1-də isə Şuşa həbsxanasına aparıldığını bildirib.
“Girovluqda olarkən yaralarımız sağalmamış bizi ağır işlərdə işlədirdilər. Şuşa həbsxanasında gündə üç dəfə döyülmə adi hal idi. Bəzi günlər daha çox döyürdülər”, - deyə Q.Quliyev bildirib.
O, 8 aya yaxın girovluqda qaldığını, 1993-cü ilin sonlarında azad olunduğunu söyləyib.
Q.Əliyev zərərçəkmiş şəxslərin vəkilinin sualını cavablandırarkən girovluqda olarkən səhər saat 5-dən gecə saat 1-dək işlədildiklərini bildirib.
Zərərçəkmiş şəxs Fərman Quliyev Kəlbəcər rayonunun Günəşli kənd sakini olduğunu, rayonun işğalı zamanı 1993-cü il martın 31-də “Tunel” adlanan ərazidən keçib getmək istəyən zaman Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını, daha sonra girov götürüldüklərini bildirib. “Maşında qadınlar, uşaqlar, yaşlılar var idi və bu, kənardan da görünürdü. Amma bunları görə-görə atəş açırdılar. Qarşıda, təxminən 50 metr kənarda yanan “KamAZ”ı gördük”, - deyə o əlavə edib.
F.Quliyev hadisə zamanı 16 yaşı olduğunu bildirib. Deyib ki, “Tunel” hadisəsi zamanı ağır yaralanan azərbaycanlı girovları ona daşıtdırıblar.
Onları əvvəlcə Ağdərənin Heyvalı kəndinə apardıqlarını, burada yaralı qardaşının vəfat etdiyini bildirib: “Bostanda mənə bel verdilər, dedilər qaz, meyiti basdır. Təxminən 50 santimetr qazandan sonra dedilər bəs edər, üstünü torpaqla”.
O, girovluqda olduğu müddətdə Şuşa həbsxanasında, Şuşa şəhəri Xəlifəli kəndində, Malıbəyli kəndində, Xankəndi Şəhər Uşaq Xəstəxanasında və Xankəndi şəhərində Ermənistan hərbçilərinin 4-cü batalyonunun ərazisində saxlanılıb. Girov olduğu müddətdə işgəncələrə məruz qaldığını, 3 il 2 ay sonra – 1996-cı il mayın 5-də girovluqdan azad edildiyini bildirib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs David Manukyan zərərçəkmiş şəxsə “Sizə hansı işgəncələr verilib?” sualını ünvanlayıb. O isə cavabında iynəsiz 8 dişinin çəkildiyini, mütəmadi olaraq döyüldüyünü bildirib və boynundakı yara izini göstərərək əlavə edib: “Sizinkilər boynumu da kəsmək istəyirdi, bıçağın yeri indi də qalır. Bir az kəsib sonra fikirlərindən daşındılar”.
Zərərçəkmiş şəxs Taryel Quliyev Kəlbəcərin Günəşli kənd sakini olduğunu bildirib. O, ifadəsində “Tunel” faciəsi zamanı 14 yaşının olduğunu, Ermənistan silahlı qüvvələrinin yüzlərlə hərbçi ilə onlara hücum edərək atəşə tutduqlarını, yaxınlarının, o cümlədən 4-cü sinif şagirdi olan bacısının da yaralandığını söyləyib. Atası, qardaşı, bacısı və qardaşının girov götürüldüyünü bildirib.
O, girovluqda saxlanıldığı 8 ay yarım müddətində özünə və digər azərbaycanlılara işgəncə verildiyini də söyləyib.
Zərərçəkmiş şəxs Yadigar Məmişov da ifadəsində Kəlbəcər rayonunun Günəşli kənd sakini olduğunu, 1993-cü il martın 31-də doğmaları və həmkəndliləri ilə kəndi tərk edərkən 11 yaşının olduğunu bildirib. O, “Tunel” hadisələri zamanı anasının 4 güllə yarası aldığını deyib. Bildirib ki, 9 yaşlı qardaşı Taleh Məmişov da güllə yarası alıb, ondan indiyədək məlumat yoxdur. Y.Məmişov özü və digər yaxınları Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Onu Kəlbəcərin “Bulanıq” adlanan ərazisində anasından və qardaşından ayırıblar. Y.Məmişov Ağdərənin Heyvalı kəndinə, daha sonra Xankəndi şəhərinə aparıldıqlarını bildirib.
Deyib ki, girovluqda saxlanıldığı təxminən ilyarım müddətində uşaq olmasına baxmayaraq, ona da işgəncə verilib: “Döyürdülər, təpikləyirdilər, başımı divara vururdular. Hazırda burnum qırıqdır, başımda xəsarət yerləri qalıb”.
Y.Məmişov 1994-cü il sentyabrın 15-də girovluqdan azadlığa buraxılıb.
Təqsirləndirilən şəxs David Babayan Y.Məmişova sual verərək qardaşının taleyi barədə soruşub. Zərərçəkmiş qardaşından hələ də xəbər olmadığını bildirib: “Qardaşımdan hələ də məlumat yoxdur. Ümid edirəm ki, sağdır. Girovluğun ilk vaxtında qardaşım “Bulanıq” adlı ərazidə məndən su istədi, amma sizinkilər imkan vermədi su verim. O vaxtdan ondan xəbər yoxdur”.
Hüquqi varis Əziz Göyüşov ifadəsində nənəsinin (atasının anası) Kəlbəcər işğal olunan zaman itkin düşdüyünü, indiyədək ondan xəbər tuta bilmədiklərini bildirib.
Zərərçəkmiş şəxs Anar Əliyev ifadəsində 2020-ci ildə 44 günlük müharibədə iştirak etdiyini, noyabrın 9-da Xocavənddə yaralandığını, səhəri gün əsir götürüldüyünü deyib. O, noyabrın 11-də İrəvana aparılıb. Bir neçə gün hospitalda, daha sonra isə təcridxanada saxlanılıb. Zərərçəkmiş şəxs həm hospitalda, həm də təcridxanada döyüldüyünü, işgəncələrə məruz qaldığını bildirib. O, həmin il dekabrın 14-də Azərbaycana təhvil verilib.
Zərərçəkmiş şəxs Rabil Babayev sakini olduğu Xocavəndin Qaradağlı kəndinin Ermənistan hərbçiləri tərəfindən 1992-ci il fevral ayında mühasirəyə alındığını, fevralın 13-də kəndə hücum edildiyini bildirib. Deyib ki, kənd sakinlərindən cavanları bir, yaşlıları isə digər yük maşınına yığaraq Xankəndi istiqamətinə aparıblar. Yolda 10 nəfəri maşından düşürərək qətlə yetiriblər. Daha sonra isə yük avtomobilində olanlar gülləbaran edilib. “60-dan çox adamdan 20 nəfərə yaxını sağ qalmışdı. Bizi Xankəndiyə apardılar. Orada qarda ağzı üstə saxladılar. 47 gün girovluqda qaldım, gündə azı üç dəfə döyülürdük”.
Zərərçəkmiş Nizami İsmayılov Kəlbəcərin Günəşli kənd sakini olduğunu, Ermənistan tərəfindən rayonun işğal edilməsi ilə əlaqədar 1993-cü ilin mart ayının sonlarına yaxın doğmaları ilə birlikdə yaşadıqları ərazini tərk etdiklərini bildirib. Lakin atası Qanboy İsmayılov kənddə qalıb. O, atasından indiyədək xəbər olmadığını bildirib.
Zərərçəkmiş şəxs Nurbala Əmirquliyev Birinci Qarabağ müharibəsində iştirak etdiyini, Ağdamda ağır yaralandığını, iki gün sonra yaralı vəziyyətdə əsir götürüldüyünü, daha sonra Xankəndiyə aparıldığını bildirib. O deyib: “Məni yaralı vəziyyətdə türmə kimi bir yerdə bir sutka döydülər. Gördülər ölürəm, uşaq xəstəxanasına apardılar. Orada Stepanyan soyadlı hərbi həkim yaramın çürümüş hissələrini heç bir ağrıkəsici vurmadan kəsdi”.
Zərərçəkmiş şəxs Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında həmin yaraya görə hələ də axsadığını, buna görə əsa ilə gəzdiyini söyləyib.
Xankəndidə saxlanıldığı müddətdə mütəmadi olaraq ona və digər azərbaycanlı əsir və girovlara işgəncə verildiyini bildirib. N.Əmirquliyev iki ay sonra erməni hərbçilərlə dəyişdirilərək Azərbaycana təhvil verildiyini bildirib.
Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.




























Xəbərin oxunma sayı : 226
Hadisə
Xəbərlər
-
Azərbaycanlı bloqer sevgilisinə yaşı qədər hədiyyə ALDI - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
-
Təhlükəsizlik qaydalarını pozan obyektin fəaliyyəti məhdudlaşdırıldı - Video
-
II və III ixtisas qrupları üzrə qəbul imtahanı.. - DİM-dən xəbərdarlıq
-
Prezident Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında - Fotolar
-
Microsoft 9000 əməkdaşını ixtisar edir - SƏBƏB
-
Saxta çantalar necə tanınır? - Satıcıların fırıldaq üsulları
-
İlham Əliyevlə Paşinyanın görüşü planlaşdırılır - Dubayda
-
“Golden Beach“də faciə: Cəryan vurub öldürdü
TOP 10
ARXİV