“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Rayonlarda un qıtlığı yarandı - Bəs buna səbəb nədir?

Tarix 11.08.22, 23:42

Font ölçüsü : - / +
bitmap-img6


Son vaxtlar unun qiymətinin bahalaşacağı haqda gəzən xəbərlərin ardından ölkəmizin bir sıra bölgələrində un qıtlığı yaranıb. Vətəndaşların "Xəzər Xəbər"ə müraciətinin ardından əməkdaşlarımız şimal qərb bölgəsində, Zaqatala, Balakən, Qax, Şəki rayonlarında olublar. Məlum olub ki, bu rayonlarda son 1 həftədir ki, un qıtlığı var. Sakinlər bildirirlər ki, satış nöqtələrində un tapmırlar. Bəs buna səbəb nədir?

Şimal-qərb bölgəsində artıq bir həftədir ki, mağazalarda un tapılmır.

Satıcıları unu digər rayonlarda un istehsal edən iri dəyirmanlardan tədarük edirlər. Hal hazırda isə bu dəyirmanlardan bilinməyən səbəblərdən bir həftədir ki un gəlmir. Elə yaxınlaşdığımız ilk satıcı unun artıq bir həftə olar ki gəlmədiyindən şikayətləndi. Səbəb olaraq isə  Şəkidə fəaliyyət göstərən dəyirmanın işləməməsini dedi.

Sakinlər isə unun olmamasını qiymətinin qalxacağı ilə əlaqələndirdilər.

Hətta Qax rayonunda un tapa bilməyib qonşu rayona üz tutan sakinlərlə də rastlaşdıq. 

Şimal qərb bölgəsini unla təmin edən MMC-nin Şəki bölməsindən bildirildi ki, respublikada bütün dəyirmanlarda,  o cümlədən bu dəyirmanda  da   ildə bir dəfə profilaktiki sazlama,  dezinfeksiya, tədbirləri aparılır. Bu oxşar müəsisələrdə mərhələlərlə aparılır ki, una təlabat pozulmasın. Müəssisədə bütün tədbirlər artıq  başa çatıb və  buğda  tədarükünə başlanıb.

O da qeyd edilib ki, dəyirman bölgədə olan un tələbatını tam ödəyir. 







Xəbərin oxunma sayı : 1309




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap