“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Şahin Bağırov yeni aparat rəhbəri təyin etdi - FOTO

Tarix 08.01.26, 19:36

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Gömrük Komitəsinə yeni Aparat rəhbəri təyin olunub.

Qaynarinfo-nun məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri, general-leytenant Şahin  Bağırovun müvafiq əmri ilə gömrük xidməti polkovnik-leytenantı Kənan Əsədov Elmar oğlu sözügedən vəzifəyə təyin edilib. 

Kənan Əsədov 2023-ci ilin oktyabr ayından bu təyinatadək Dövlət Gömrük Komitəsi Aparat rəhbərinin müavini vəzifəsində çalışıb. 
Qeyd edək ki, Kənan Əsədov 1996-cı ildə Bakıda anadan olmuşdur. 2013-cü ildə orta məktəbi qızıl medal ilə bitirərək Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinə qəbul olub. Birləşmiş Krallığın Edinburq Universitetində Maliyyə və Mühasibatlıq ixtisası üzrə bakalavr və magistr dərəcəsini fərqlənmə ilə bitirib. 2015, 2016, 2017-ci illərdə müvafiq olaraq "Ernst&Young", "Deloitte&Touche", "İnvestaz" şirkətlərində işləyib.
2019-cu ilin iyul ayından Dövlət Gömrük Komitəsi Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Audit idarəsinin inspektoru vəzifəsində fəaliyyətə başlayıb.

2020-ilin noyabr ayında Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Risklərin idarəolunması idarəsinə inspektor vəzifəsinə təyin olunub. 2022-ci ilin yanvar ayında həmin İdarənin rəis müavini vəzifəsinə təyin edilib.
 





Xəbərin oxunma sayı : 349




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap