“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Prezident “28 May”da yaradılan şəraitlə tanış oldu - FOTOLAR

Tarix 01.11.24, 11:18

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Bakı Dəmiryol Vağzalının və metronun 28 May stansiyasının qarşısında aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına paytaxtımızda Puşkin küçəsinin Azadlıq prospekti ilə birləşməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində - Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə görülmüş işlər barədə məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb. Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.

Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində, o cümlədən paytaxt Bakıda abadlıq-quruculuq işləri geniş vüsət alıb.

Azərbaycanın 2030-cu ilə qədər təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi sosial-iqtisadi inkişafa dair milli prioritetlər sırasındadır. Bu xüsusda görülən işlər həm paytaxt sakinlərinin və Bakıya gələn çoxsaylı turistlərin istirahəti üçün müvafiq şəraitin yaradılması, həm də şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı olduğunu bir daha nümayiş etdirir. COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən abadlıq və yenidənqurma işləri də ətraf mühitin sağlamlaşdırılmasına mühüm töhfə verir, eyni zamanda, Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.






















Xəbərin oxunma sayı : 688




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap