“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Pərviz məhkəməyə müraciət etdi: “Günay məsuliyyət daşıyır“

Tarix 07.11.24, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


"Çox təəssüf olsun ki, Azərbaycanda müəllif hüquqları tapdalanır. Buna görə artıq Azərbaycanda ictimai birlik var. Köhnə və yeni bəstəkarların haqqı tapdalanırsa, bununla mübarizə aparırıq. Hətta hazırda bir işim məhkəmədədir".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Pərviz Mahmudov "Xəzər axşamı" verilişində bildirib. Pərviz həmkarı Günay İbrahimli üçün bəstələdiyi "Dəlisiyəm gecənin" mahnısının reklamda ondan icazəsiz istifadə edildiyi üçün məhkəməyə üz tutduğunu bildirib:

"Dəlisiyəm gecənin" mahnısı bir reklamda səsləndirilmişdi. Xəstəlik dönəmimdə kənara çəkilmişdim. Mənə müraciət etdilər ki, dostlarımızın layihəsidir. Mən də cavab verdim ki, amma mənim dostum deyil. Bir çox mahnılarım var ki, reklamda istifadə ediblər. Röya üçün bəstələdiyim mahnı var idi ki, şirkət ilk olaraq məndən icazə aldı. Hətta Röya da demişdi ki, Pərviz icazə verməlidir. Amma "Dəlisiyəm gecənin" adlı mahnımda mənə yalan danışıldı. Dedilər ki, heç bir qonorar əldə etməmişik. Amma bizə məhkəmənin kağızı gəldi və gördük ki, orada məbləğ ödənilib. Hətta mənim adımdan belə məsuliyyəti öz üzərlərinə götürüblər. İşimiz artıq apelyasiya məhkəməsindədir. Apelyasiya şikayəti üçün mən müraciət etmişəm. İcazəsiz mahnımdan istifadə edən şirkəti məhkəməyə vermişdik. Onlar bizə sənəd göstərdilər ki, Günay İbrahimli ilə müqavilə bağlayıblar və məsuliyyəti o daşıyır. Şikayət geri çəkilməyəcək. Məhkəmə tam bitdikdən sonra açıqlama verəcəyəm. Nə qədər təzminat lazımdırsa, tələb etmişəm. Başqa məqamlar da var. Mənə müraciət etsəydilər, məsələ bura çatmazdı. Məhkəmə dekabrın 4-də olacaq. Mənim etirazım olan kimi televiziyada olan həmin o reklamı da dayandırdılar".



Xəbərin oxunma sayı : 751




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap