“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Kollecdən universitetə imtahansız qəbul ləğv olunacaq? – Mühüm DETALLAR

Tarix 21.10.26, 15:02

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda kolleclərə marağın əsas səbəblərindən biri orta ixtisas təhsilindən sonra universitetə qəbul olmaq imkanıdır. Bəzi abituriyentlər üçün kolleclər ali təhsilə aparan alternativ yol kimi çıxış edir. Lakin bu yanaşma orta ixtisas təhsilinin əsas məqsədlərinin arxa plana keçməsi ilə bağlı suallar doğurur. 

Bəs kolleclərin yalnız universitetə qəbul üçün vasitə kimi görülməsinin qarşısını necə almaq olar? Kollec məzunlarının ali məktəblərə imtahansız qəbul mexanizminin ləğvi gündəmə gələ bilərmi və belə bir dəyişiklik təhsil sisteminə necə təsir göstərər?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən təhsil eksperti Fuad Hacıyev bildirib ki, kollec məzunlarının ali məktəblərə imtahansız qəbul mexanizminə yalnız “ləğv olunsun, ya qalsın” prizmasından yanaşmaq düzgün deyil: "Əvvəlcə kolleclərin həqiqətən öz ixtisası üzrə hazırlıqlı məzun yetişdirib-yetişdirmədiyinə baxmaq lazımdır. Tələbə kollecdə keyfiyyətli təhsil alıb, praktik bacarıqlar qazanıbsa, həmin sahə üzrə ali təhsilini davam etdirməsi normaldır. Amma kolleclər yalnız universitetə keçid vasitəsi kimi görülürsə, bu, orta ixtisas təhsilinin əsas məqsədini arxa plana keçirir. Ona görə də kolleclərdə tədrisin keyfiyyəti və məzunların real hazırlığı ciddi qiymətləndirilməlidir".

Ekspertin sözlərinə görə, ali məktəblərə qəbul prosesində ədalətliliklə bağlı başqa suallar da var: "Məsələn, abituriyent birinci turda 300 bal toplayır, amma qəbul ola bilmir və ümidini ikinci mərhələyə saxlayır. İkinci tur başlayanda isə üçüncü qrup üzrə cəmi bir yer qaldığı bildirilir. Qeydiyyat başa çatdıqdan sonra məlum olur ki, minlərlə yer boş qalıb. Çünki qəbul olunanların bir qismi xaricdə təhsil almağa gedir, bir qismi isə istəmədiyi ixtisasa qəbul olunduğu üçün qeydiyyatdan keçmir. Düşünürəm ki, qəbul turları arasında qeydiyyat aparılması bu cür halların qarşısını ala bilər. Birinci turdan sonra qəbul olunanlar qeydiyyatdan keçər, boş qalan yerlər müəyyənləşdirilər və ikinci tur həmin yerlər üzrə keçirilər. Boş yerlər yenə qalarsa, növbəti tur təşkil oluna bilər. Bu mexanizm mürəkkəb deyil. Türkiyə universitetlərində illərdir belə qəbul turları keçirilir: hər turdan sonra qeydiyyat aparılır, boş qalan yerlər isə növbəti mərhələdə yenidən müsabiqəyə çıxarılır. Belə olduqda həm əvvəlki turda qəbul ola bilməyən abituriyentlərin, həm də uyğun ixtisas üzrə müsabiqəyə qatılan subbakalavrların şansı artar".

Fuad Hacıyev əlavə edib ki, bir neçə ildən sonra Azərbaycanda da, dünyanın bir çox ölkəsində olduğu kimi, insanların daha çox peşə və ixtisas təhsilinə yönələcəyini düşünür: "Əmək bazarının konkret bacarıqları olan mütəxəssislərə ehtiyacı artdıqca, yalnız diplom xatirinə universitetə üz tutmaq əvvəlki qədər cəlbedici olmayacaq. Əsas məsələ insanların hansı pillədə oxuması deyil, aldıqları təhsilin onlara real bilik və peşə qazandırmasıdır. Kolleclər də əmək bazarına yararlı, ixtisaslı kadrlar yetişdirməklə öz əsas missiyasını yerinə yetirməlidir. Təhsilin keyfiyyətini artırmadıqca, qəbul metodunu dəyişməyin mənası yoxdur. Çünki toplananların yerini dəyişmək cəmi dəyişmir".



Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap