“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Maskdan Respublikaçıların seçki kampaniyasına ianə - 366 milyon dollar

Tarix 14.10.26, 11:13

Font ölçüsü : - / +
bitmap-img6


Dünyanın ən varlı insanı İlon Mask ABŞ-də 2026-cı ilin noyabrında keçiriləcək ara seçkilər üçün 366 milyon dollar ianə edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, “Tesla” şirkətinin baş direktoru tərəfindən ianə edilən vəsaitin təxminən 276 milyon dolları iyul ayından sentyabr ayına qədər olan dövrdə köçürülüb. İanələrin əhəmiyyətli hissəsi Respublikaçılar Partiyasını dəstəkləyən siyasi təşkilatlara yönəldilib.

Maskın ianələri arasında onun Donald Trampın seçki kampaniyasını dəstəkləmək üçün yaratdığı “America PAC” siyasi fəaliyyət komitəsinə köçürülən 76 milyon dollar da var. Bundan başqa, Senat seçkilərində Respublikaçı namizədləri dəstəkləyən “Senate Leadership Fund” təşkilatına 158 milyon dollar verilib.

Milyarderin nümayəndələrinin bildirdiyinə görə, Mask Konqresin Liderlik Fonduna 20 milyon dollar, “Lone Star Liberty PAC” təşkilatına 10 milyon dollar və Respublikaçı Qubernatorlar Assosiasiyasına da 10 milyon dollar ianə edib.

Maskın ianələrinin ümumi məbləği digər iri donorları da geridə qoyub. Belə ki, milyarder Mark Andreessen və onun biznes tərəfdaşı Ben Horovitzin birlikdə 115,3 milyon dollar ianə etdiyi bildirilir.

Qeyd edək ki, İlon Mask 2024-cü ildə ABŞ-də keçirilən prezident seçkiləri zamanı Donald Trampı və Respublikaçılar Partiyasını dəstəkləmək üçün təxminən 290 milyon dollar xərcləyib. Trampın seçkilərdə qələbəsindən sonra Mask onun administrasiyasına qoşulub və Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edib.
“Forbes” jurnalının məlumatına görə, İlon Maskın sərvəti 1,007 trilyon dollar təşkil edir.



Xəbərin oxunma sayı : 427




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap