“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Nazirlikdən direktorlara xəbərdarlıq: Hədiyyə qəbul etmək qadağandır

Tarix 03.10.26, 9:45

Font ölçüsü : - / +
bitmap-img6


Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrinin rəhbərlərinə rəsmi tapşırıq göndərib.

AzFakt.com Yurd.media-ya istinadən xəbər verir ki, Agentliyin direktoru Eşqi Bağırovun Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və regional təhsil idarələrinə ünvanladığı sənəddə məktəblərdə müəllimlərlə şagirdlər və onların valideynləri arasındakı münasibətlərdə "Təhsilverənlərin etik davranış Qaydaları"nın tələblərinə ciddi əməl olunmasının vacibliyi vurğulanıb.

Xəbərdarlıqda xüsusi olaraq qeyd edilib ki, müəllimlərin valideynlərdən və şagirdlərdən birbaşa və ya dolayı yolla hədiyyə, pul, qiymətli əşyalar və digər maddi və ya qeyri-maddi nemətlər istəməsi və ya qəbul etməsi, eləcə də bu məqsədlə hər hansı təşəbbüs göstərməsi qəti qadağandır. Belə halların qarşısının dərhal alınması tələb olunub.

Məktəb rəhbərlərinə tapşırılıb ki, müəllimlər, şagirdlər və valideynlər arasında bu tələblərlə bağlı maarifləndirmə işləri aparsınlar, qaydalara əməl olunmasına ciddi nəzarət etsinlər və hər hansı pozuntuya və ya neqativ hala yol verilməməsi üçün müvafiq tədbirlər görsünlər.



Xəbərin oxunma sayı : 172




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap