“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Süni intellekt milyardlarla insanın ölümünə səbəb ola bilər” - Bill Qeyts

Tarix 28.09.26, 18:00

Font ölçüsü : - / +
bitmap-img6


“Microsoft”un həmtəsisçisi Bill Qeyts süni intellektin sürətli inkişafının yaratdığı risklər barədə xəbərdarlıq edib.

Yeniavaz.com xəbər verir ki, Qeyts NBC telekanalının “Meet the Press” proqramında bildirib ki, süni intellektin zərərli məqsədlərlə istifadəsi milyardlarla insanın ölümü də daxil olmaqla çox ciddi nəticələrə səbəb ola bilər.

Onun sözlərinə görə, hazırda əsas təhlükə süni intellektin özünün mövcudluğu deyil, bu texnologiyadan pis məqsədlər üçün istifadə edilməsidir. Qeyts hesab edir ki, süni intellekt kiçik qruplara əvvəllər yalnız böyük dövlətlərin həyata keçirə bildiyi genişmiqyaslı fəaliyyətləri reallaşdırmaq imkanı verə bilər.
Qeyts ABŞ-də fəaliyyət göstərən süni intellekt sistemləri üçün müəyyən təhlükəsizlik tələblərinin tətbiq edilməsini və bu sahədə Çinlə də beynəlxalq əməkdaşlığın qurulmasını təklif edib.
O, süni intellektin inkişafının dayandırılmasına və ya yavaşladılmasına çağırmadığını vurğulayıb. Bunun əvəzinə həm dövlət tənzimləməsinin, həm də texnologiya şirkətlərinin özünütənzimləməsinin vacib olduğunu bildirib.
Qeytsin sözlərinə görə, süni intellektlə bağlı beynəlxalq razılaşmaya nail olmaq Soyuq müharibə dövründə nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı danışıqlardan belə çətin ola bilər.

Müsahibə zamanı Qeytsdən ABŞ Prezidenti Donald Trampın süni intellekt təhlükəsizliyi ilə bağlı narahatlıqların “uydurma” olduğu barədə açıqlaması da soruşulub. “Qeyts bu fikirlə razılaşmayaraq, “Bu, uydurma deyil” deyib. Bununla yanaşı, o, Trampın gələcəkdə bu mövqeyi bölüşə biləcəyini düşündüyünü bildirib.

Qeyts həmçinin qeyd edib ki, süni intellekt hələ tamamilə nəzarətdən çıxmayıb. Onun sözlərinə görə, texnologiya hazırda milyonlarla robotu idarə etmir və kompüteri söndürmək hələ də mümkündür.



Xəbərin oxunma sayı : 121




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap