“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Vətəndaşlar Milli Oftalmologiya Mərkəzində aylarla növbə gözləyir- VİDEO

Tarix 21.08.26, 21:53

Font ölçüsü : - / +
bitmap-img6


Əlilliyin müəyyən edilməsi məqsədilə Milli Oftalmologiya Mərkəzinə müayinə üçün müraciət şəxslər uzun növbələrin yaranmasından narazıdırlar. Gün ərzində bura yüzlərlə xəstə müraciət edir. Buna görə də uzun növbələr yaranır. Hətta aylarla gözləyən şəxslər də var. Bəs ekspertiza üçün yaranan uzun növbələrin azaldılması məqsədilə digər dövlət və ya özəl tibb müəssisələri niyə prosesə cəlb edilmir?

Xezerxeber.az-ın məlumatına görə, düz 6 aydır müddəti bitən şəxs əlilliyinin bərpası üçün Milli Oftalmologiya Mərkəzində yenidən müayinə üçün  növbə gözləyir. Yayın istisində 60 yaşlı İlham Mikayılov Oğuzdan Bakıya gəlib. Müayinələrdən keçib, amma onun adını qeydiyyat dəftərinə salmayıblar.

Gözdən əlilliyi olan vətəndaşların sözlərinə görə, xüsusilə göz xəstəlikləri üzrə ekspertizanın keçirildiyi Milli Oftalmologiya Mərkəzində uzun növbələr yaranıb. Vətəndaşların iddiasına görə, ekspertiza üçün gözləmə müddəti bəzi hallarda 8-9 aya qədər uzanır. Bu vəziyyət isə əlillik müddəti başa çatan şəxslər üçün həm hüquqi, həm də maddi baxımdan ciddi narahatlıq yaradır.

Sorğumuza cavab olaraq bildirildi ki, Milli Oftalmologiya Mərkəzində növbələr sistem üzərindən yönləndirilir. Müraciətlərin sayı çox olduğundan bəzən  vətəndaşlar günlərlə növbə gözləməli olurlar. Bəzən gün ərzində 60-70 müraciətə baxılır və yönləndirilir. Mərkəz yüksək texnolji avadanlıqlarla təmin olunub, buna baxmayaraq, respublikada yalnız bir oftolmologiya üzrə ixtisaslaşmış müəssisə olduğundan müraciət edənlər arasında narahatlıq yaşanır. Mərkəz vətəndaşlara uzun müddət növbə gözləməmək üçün onlayn müraciət etmələrini tövsiyə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilib ki, əlilliyin qiymətləndirilməsi prosesi yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin səlahiyyətində deyil. Proses bir neçə dövlət qurumunun müştərək fəaliyyəti əsasında həyata keçirilir.

Nazirliyin cavabına əsasən, Forma 88-in rəsmiləşdirilməsi mərhələsində vətəndaşın ixtisaslaşmış müayinələrə göndərilməsi Nazirliyin və Agentliyin səlahiyyətlərinə aid deyil.

Ekspertiza üçün yaranan uzun növbələrin azaldılması məqsədilə digər dövlət və ya özəl tibb müəssisələrinin prosesə cəlb edilib-edilməyəcəyi ilə bağlı sualı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladıq. Bildirildi ki, bu məsələ Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin səlahiyyətlərinə aid deyil.



Xəbərin oxunma sayı : 280




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap