“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür - Məhkəmə qərar verdi

Tarix 18.08.26, 14:55

Font ölçüsü : - / +
bitmap-img6


Pakistan Ali Məhkəməsi ölkənin sabiq Baş naziri İmran Xanın yaxın günlərdə həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar çıxarıb. 

“Qafqazinfo” yerli “Dawn” qəzetinə istinadən xəbər verir ki, məhkəmə, həmçinin məmura ailə üzvləri ilə həftəlik görüşlərin təmin edilməsi barədə qərar qəbul edib. 

Məlumata görə, bu qərar İmran Xanın saxlanıldığı həbsxananın rəisinin keçmiş baş nazirin sağlamlıq vəziyyəti barədə hesabatı məhkəməyə təqdim etməsindən sonra qəbul edilib. Həkim İmran Xanın nəbzinin və ürəyinin vəziyyətinin normada olmadığı qənaətinə gəlib. Məhkəmənin qərarına əsasən, bununla bağlı yaradılacaq tibbi komissiyanın tərkibinə sabiq baş nazirin şəxsi həkimi və bacısı doktor Üzma Xan daxil ediləcək. Vəkillərə və ailə üzvlərinə onun tibbi müayinəsinin nəticələrini açıqlamaq qadağan edilib.

Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. Keçmiş hökumət başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. 73 yaşlı İmran Xan 2023-cü il avqustun 5-dən həbsdədir. O, dövlət sirri barədə qanunu pozmaqda ittiham olunaraq 10 il, korrupsiyaya görə isə 14 il həbs cəzasına məhkum edilib.



Xəbərin oxunma sayı : 382




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap