“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Aqil Ələsgər Türkiyədə “Beynəlxalq Media və Kommunikasiya Mükafatı”na layiq görüldü - FOTO

Tarix 18.08.26, 16:46

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Balıkəsir şəhərində Balıkəsir Jurnalistlər və Yazıçılar Cəmiyyəti (BGYC) tərəfindən mükafatlandırma mərasimi keçirilib.

Mərasimdə ictimaiyyətin doğru məlumatlandırılmasına və beynəlxalq media əlaqələrinin inkişafına töhfə verən mətbuat nümayəndələri mükafatlandırılıb.
 
Tədbirdə "Yeni Çağ” Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyi sədrinin müavini, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər də yüksək mükafata layiq görülüb. O, Balıkəsir Jurnalistlər və Yazıçılar Cəmiyyəti tərəfindən "Beynəlxalq Media və Kommunikasiya Mükafatı” (Uluslararası Medya ve İletişim Ödülü) ilə təltif edilib.

media-1872fdac-dd4a-4d99-ad1e-1484ed26981f
Qeyd olunub ki, A.Ələsgərə bu mükafat məhz Türk dünyasında media əməkdaşlığının inkişaf etdirilməsi, beynəlxalq kommunikasiya əlaqələrinin gücləndirilməsi və jurnalistika sahəsində ortaq mədəni dəyərlərin yaşadılmasına verdiyi qiymətli töhfələrə görə təqdim olunub.

Mükafatı azərbaycanlı jurnalistə Balıkesir Universitetinin rektoru, professor Yücel Oğurlu təqdim edib.

media-99c0df9e-6f68-4b45-a77d-d09c6e5b4e57

Tədbirdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Balıkəsir üzrə millət vəkili Mustafa Canbey, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Mərkəzi Qərar və İdarə Heyətinin üzvü, professor Zakir Avşar, Mətbuat Elanları Qurumunun (Basın İlan Kurumu) İdarə Heyətinin sədri professor Edibe Sözen, Qurumun baş direktoru Abdulkadir Çay, Bursa bölgəsinin rəhbəri Gökhan Eren, Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca və Türk İnternet Media Birliyinin (TİMBİR) sədri Süleyman Basa iştirak ediblər.

Proqrama Türkiyənin müxtəlif vilayətlərinin jurnalist cəmiyyətlərinin rəhbərləri, yerli media nümayəndələri, eləcə də Azərbaycan və Özbəkistandan gələn jurnalistlər qatılıb.

Mərasimdə jurnalistika peşəsinin cəmiyyət həyatındakı önəmi vurğulanıb. Balıkəsir Jurnalistlər və Yazıçılar Cəmiyyətinin 10 illik yubileyi çərçivəsində baş tutan bu tədbir Türkiyənin müxtəlif bölgələrindən və bütövlükdə Türk dünyasından olan media nümayəndələrini bir araya gətirməsi ilə yadda qalıb.



Xəbərin oxunma sayı : 217




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap