“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər - Qiymət dəyişəcək?

Tarix 17.08.26, 12:44

Font ölçüsü : - / +
bitmap-img6


Böyük Britaniyada quraqlıq və suya tələbatın artması fonunda istehlakçıların daha çox ödəniş etməsi gündəmə gəlib. Təklif edilən yeni sistemə əsasən, su qıtlığı zamanı tariflərin artırılması, normadan artıq istifadə edən ev təsərrüfatlarının isə daha yüksək ödəniş etməsi nəzərdə tutulur.

AzFakt.com xəbər verir ki, bu məsələ Azərbaycanda da su ehtiyatlarının gələcəyi ilə bağlı suallar doğurur.

Ölkəmizdə gələcəkdə quraqlıq və su qıtlığı səbəbindən tariflərin artırılması və ya istehlaka limit qoyulması gündəmə gələ bilərmi? Azərbaycanı Britaniyadakı ssenari gözləyir?

Mia.az xəbər verir ki, Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Azərbaycanda gələcəkdə quraqlıq və su qıtlığı səbəbindən su tariflərinin artırılması və istehlaka müəyyən məhdudiyyətlərin tətbiqi tamamilə mümkün olduğunu bildirib.

“Çünki iqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, yağıntıların qeyri-bərabər paylanması və bəzi su mənbələrində ehtiyatların azalması su təminatını getdikcə daha həssas məsələyə çevirir. Xüsusilə kənd təsərrüfatında suya tələbatın yüksək olması vəziyyəti daha da mürəkkəbləşdirir. Lakin Azərbaycanın Böyük Britaniyadakı ssenarini eyni formada təkrarlayacağını demək düzgün olmaz. Ölkələrin su ehtiyatları, iqlimi, su təsərrüfatı sistemi və tarif siyasəti fərqlidir. Azərbaycanda əsas məsələ yalnız əhali tərəfindən istifadə olunan suyun qiymətinin artırılması deyil, su itkilərinin azaldılması, köhnəlmiş şəbəkələrin yenilənməsi, su anbarlarının səmərəli idarə olunması və kənd təsərrüfatında daha qənaətcil suvarma sistemlərinə keçiddir.

Bununla belə, su qıtlığı kəskinləşərsə, gələcəkdə diferensial tariflərin tətbiqi gündəmə gələ bilər. Məsələn, müəyyən həddə qədər istifadə olunan su daha münasib qiymətlərlə, normadan artıq istehlak isə daha yüksək tariflərlə hesablanaraq insanları suya qənaət etməyə təşviq edə bilər. Quraqlıq dövrlərində isə müəyyən istehlak məhdudiyyətlərinin tətbiqi də istisna deyil", - deyə o qeyd edib.

İqtisadçı əlavə edib ki, belə bir siyasət tətbiq edilərsə, sosial tərəfi mütləq nəzərə alınmalıdır: “Su əsas ehtiyac olduğuna görə onun qiymətinin kəskin artırılması aztəminatlı ailələrə ciddi yük yarada bilər. Buna görə daha real yanaşma bütün istehlakçılara eyni şəkildə yüksək tarif tətbiq etməkdən çox, israfçı və normadan artıq istifadənin daha baha başa gəlməsi, əsas istehlak həcminin isə əhali üçün əlçatan saxlanılmasıdır.

Əslində, Azərbaycan üçün Britaniya ssenarisindən daha vacib dərs su qıtlığı baş verdikdən sonra tarif artırmaq deyil, qıtlıq yaranmamışdan əvvəl suya qənaət mexanizmlərini qurmaqdır. Əgər su ehtiyatlarının azalması davam edərsə, suyun gələcəkdə sadəcə kommunal xidmət deyil, strateji resurs kimi idarə olunması qaçılmaz olacaq”.



Xəbərin oxunma sayı : 340




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap