“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Rusiya miqrantlara yeni şərtlər qoydu: Gəliri az olanlar ölkəni tərk edə bilərlər

Tarix 26.07.26, 19:08

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Vladimir Putin əmək miqrantları və onların ailə üzvləri üçün yeni tələblər müəyyən edən qanunu imzalayıb.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, yeni qaydalara əsasən, əcnəbi işçi özünü və onunla birlikdə Rusiyada yaşayan himayəsindəki ailə üzvlərini regional əmsal nəzərə alınmaqla hesablanan yaşayış minimumundan az olmayan gəlirlə təmin etməlidir.

Miqrantın gəliri müəyyən edilmiş səviyyədən aşağı olarsa, onun əmək patentinin və ya iş icazəsinin müddətinin uzadılmasından imtina edilə bilər. Bu halda, ailənin Rusiyada qalması üçün başqa qanuni əsas yoxdursa, onlar yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə 15 gün ərzində ölkəni tərk etməli olacaqlar.

Yeni qanuna əsasən, əmək miqrantlarının uşaqları Rusiyada yalnız valideynlərinin əmək patentinin və ya iş icazəsinin qüvvədə olduğu müddətdə qala biləcəklər.

18 yaşına çatdıqdan sonra onlar 30 gün ərzində ya Rusiyanı tərk etməli, ya da fərdi əmək patenti almaq üçün müraciət edərək vergi üzrə avans ödənişi etməlidirlər. İstisna yalnız Rusiyada yaşamaq üçün başqa qanuni əsasları olan şəxslərə şamil edilir.

Yeni qaydaların 2026-cı il oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 241




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap