Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

İstirahət üçün hovuzlu ``A-Frame`` seçdi, beh də getdi, ev də...- VİDEO

Tarix 21.07.26, 23:24

Font ölçüsü : - / +
bitmap-img6


İstirahət üçün hovuzlu ``A-Frame`` ev seçdi, beh də atdı, amma ortalıqda nə ev var, nə dəki verdiyi beh...

Xezerxeber.az xəbər verir ki, belə bir dələduzluqla paytaxt sakini Şamil Qafarov üzləşib. Qəbələdə istirahət üçün ev axtaran Şamil Qafarov sosial şəbəkədə qarşısına çıxan elanla maraqlanıb. O, tiktokda ``Qəbələ günlük evlər123`` adlı səhifəyə yazıb. Özünü evin sahibi kimi təqdim edən İslam adlı şəxs Qəbələnin mərkəzində hovuzlu ``A-Frame`` evini günlük 90 manata kirayə verdiyini deyib.

Zərərçəkmiş deyir ki, Qəbələ rayonunda olan bir tanışının vasitəsilə evin əsl sahibi ilə əlaqə saxlayıb. Məlum olub ki, sosial şəbəkədə özünü ev sahibi kimi təqdim edən şəxs həmin evin sahibi deyil. Şamil Qafarov iddia edir ki, İslam adlı şəxs başqalarını da eyni üsulla aldadıb.

Şamil Qafarov deyir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib.

Biz də məsələni aydınlaşdırmaq üçün sosial şəbəkə səhifəsindəki həmin telefon nömrəsinə zəng etdik. Lakin, zəng çatmadı.

Əmlak məsələləri üzrə ekspertlər deyirlər ki, günlük kirayə elanları ilə bağlı ödəniş etməzdən əvvəl evin və elanı yerləşdirən şəxsin məlumatlarını dəqiqləşdirmək vacibdir. Əks halda Şamil Qafarov kimi aldana bilərlər.




Xəbərin oxunma sayı : 637




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap