“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Futbolumuzun beşillik tamaşaçı mənzərəsi: Ən çox azarkeş hansı mövsümdə gəlib?

Tarix 01.07.26, 14:13

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Premyer Liqasının oyunlarına olan azarkeş marağını əks etdirən son beş ilin tamaşaçı statistikası ictimaiyyətə təqdim olunub.


AzFakt.com xəbər verir ki, bu məlumatlar Peşəkar Futbol Liqasının rəsmi hesabatında öz əksini tapıb.

Təqdim olunan rəqəmlərə əsasən, sonuncu - 2025/26 mövsümündə baş tutan 198 qarşılaşmanı ümumilikdə 285 778 tamaşaçı tribunalardan canlı izləyib. Bu isə hər oyuna orta hesabla 1 443 futbol həvəskarının gəlməsi deməkdir.

Müqayisə üçün qeyd edək ki, 2024/25 mövsümündə keçirilmiş 180 oyunda stadionlara 275 933 nəfər toplaşıb və bu dövr üçün orta göstərici 1 533 kimi rəsmiləşdirilib.

2023/24 mövsümünün mənzərəsi də buna yaxın olub: həmin vaxt təşkil edilən 180 matçı 276 487 tamaşaçı izləyərək hər oyuna orta hesabla 1 536 azarkeşlik bir göstərici formalaşdırıb.

Bir qədər də geriyə, 2022/23 mövsümünə nəzər salsaq, oynanılan 180 qarşılaşmada 261 564 tamaşaçının iştirak etdiyini və orta göstəricinin 1 453-ə bərabər olduğunu görərik.

Son beşillik dövrün ən aşağı göstəricisi isə 2021/22-ci illərə təsadüf edir. Belə ki, cəmi 112 oyunun keçirildiyi həmin dövrdə tribunalara ümumilikdə 89 010 tamaşaçı gəlib və hər matç üçün orta hesab, sadəcə, 795 azarkeş təşkil edib.



Xəbərin oxunma sayı : 391




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap