“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

İcra Hakimiyyəti şəhid anasının probleminə biganə yanaşır - ŞİKAYƏT

Tarix 30.06.26, 18:22

Font ölçüsü : - / +
bitmap-img6


Ağstafa rayonunun Eynallı kəndində yaşayan şəhid anası Nabat Rzayeva uzun müddətdir həllini tapmayan problemlə bağlı yenidən müraciət edib. Onun sözlərinə görə, qızı Həmayə Mustafayevanın yaşadığı ev bir neçə il əvvəl baş verən təbii fəlakət nəticəsində ciddi zərər görərək yararsız vəziyyətə düşüb və indiyədək bərpa olunmayıb.

Nabat Rzayeva Qaynarinfo-ya bildirib ki, qızının həyat yoldaşı I Qarabağ müharibəsinin veteranı olub və dünyasını dəyişib. Ailənin maddi imkanları məhdud olduğundan evin təmiri mümkün olmayıb.

Şəhid anasının sözlərinə görə, müraciətlərdən sonra aidiyyəti qurumlar tərəfindən evə baxış keçirilib və təmir işlərinin aparılacağı, bunun üçün lazımi tikinti materiallarının ayrılacağı ilə bağlı vədlər verilib. Lakin onun iddiasına görə, sonradan bu vədlər yerinə yetirilməyib və məsələ həll olunmadan qalıb.

Nabat Rzayeva qeyd edir ki, illər əvvəl Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət etsə də, ona qurumun imkanlarının məhdud olduğu bildirilib. O isə müraciətində yeni ev və ya əlavə imtiyaz tələb etmədiyini, sadəcə yaşayış üçün yararsız hala düşmüş evin təmir olunmasını xahiş etdiyini vurğulayır.

Şəhid anası bildirir ki, ötən müddət ərzində məsələ ilə bağlı real nəticə əldə olunmayıb və ailə eyni problemlə hələ də üz-üzədir. Onun sözlərinə görə, verilən cavab və vədlərin icra olunmaması narahatlıq doğurur.

O, bu səbəbdən yenidən yuxarı dövlət qurumlarına müraciət etdiyini bildirir və problemin həlli üçün kömək göstərilməsini xahiş edir.

Şəhid anasının iddiaları ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətindən mövqe öyrənmək mümkün olmayıb. 

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini Seymur Orucovdur. O, 2020-ci ildən rayona rəhbərlik edir. 



Xəbərin oxunma sayı : 163




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap