“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Almaniyadan soyqırıma görə təzminat tələb edirlər - 122 il əvvəl nə baş verib?

Tarix 27.06.26, 13:37

Font ölçüsü : - / +
bitmap-img6


Namibiya XX əsrin əvvəllərində yerli qəbilələrə qarşı törədilmiş soyqırıma görə Almaniyadan təzminat alınması ilə bağlı danışıqları davam etdirir. 

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Festus Katuna Mbandeka "RIA Novosti" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Namibiya hökuməti ədalətin təmin olunması üçün Almaniya hökuməti ilə birbaşa danışıqları ən uyğun yol hesab edir.

Baş prokuror qeyd edib ki, Namibiya əvvəlcə Berlindən herero və nama xalqlarına qarşı törədilmiş soyqırımın tanınmasını, rəsmi üzr istənilməsini və təzminat ödənilməsini tələb edib. Almaniya artıq bu hadisələri soyqırımı kimi tanıyıb və rəsmi üzr istəyib. Hazırda isə əsas müzakirə mövzusu reparasiyanın həcmi və ödəniş mexanizmləridir: "Heç bir məbləğ həmin əzabları və itirilmiş insan həyatlarını əvəz edə bilməz".

Baş prokuror əlavə edib ki, tərəflər danışıqlar zamanı həm ödənişlərin hüquqi mexanizmlərini, həm də Almaniya ilə Namibiya arasında barışığın təmin olunması yollarını müzakirə edirlər. Onun fikrincə, faciəvi hadisələrin xatirəsinin qorunması və iki ölkə arasında barışığın möhkəmləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi vacibdir.

ARAYIŞ: Herero və nama xalqlarına qarşı soyqırımı 1904–1908-ci illərdə Almaniyanın müstəmləkə qoşunları tərəfindən törədilib. Yerli əhalinin torpaqlarının ələ keçirilməsinə və istismara qarşı üsyanından sonra, Almaniya generalı Lotar fon Trota xalqların tam məhv edilməsi barədə əmr verib. Tarixçilərin məlumatına görə, həmin dövrdə indiki Namibiya ərazisində bu xalqların nümayəndələrinin 80 faizədək hissəsi məhv edilib və qurbanların sayı on minlərlə nəfərlə ölçülür. Təxminən 65.000-100.000 arası herero, 10.000 isə nama xalqının nümayəndəsi həlak olub.

İnsanlar qida və su mənbələrindən məhrum edilərək quraqlıq Omaheke səhrasına sürgün edilib və əksəriyyəti susuzluqdan ölüb. Sağ qalanlar isə Şark adası kimi yerlərdə qurulan ilk konsentrasiya düşərgələrində ağır işlərə və tibbi təcrübələrə məruz qoyularaq məhv edilib.

Almaniya 2021-ci ildə bu hadisələri rəsmi şəkildə soyqırımı kimi tanıyıb və Namibiyada inkişaf layihələrinin maliyyələşdirilməsi üçün vəsait ayıracağını bəyan edib. Bununla belə, indiyədək rəsmi reparasiya ödənişləri həyata keçirilməyib.



Xəbərin oxunma sayı : 376




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap