“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Almaniyada mənzillərin yalnız 6%-də kondisioner var - SƏBƏB?

Tarix 26.06.26, 20:09

Font ölçüsü : - / +
bitmap-img6


Avropa ölkələrində, xüsusən də şimal regionlarında kondisionerlər yaxın vaxtlara qədər ilkin tələbat əşyası hesab edilmirdi. Lakin insanların sağlamlığına və infrastruktura təhlükə yaradan ekstremal yüksək temperaturlar səbəbindən soyutma sistemlərinə tələbat sürətlə artır.

Bu barədə DW-yə istinadən xəbər verir.

"ClimaMeter" tədqiqat layihəsinin məlumatlarına görə, Almaniyada 2019-2024-cü illər ərzində kondisionerlərə olan tələbat 75% artsa da, hazırda mənzillərin yalnız 6%-i bu sistemlərlə təchiz olunub. Bununla belə, "Eurovent" assosiasiyasının rəhbər müavini Steyn Renneboq qeyd edir ki, binaların soyudulması hələ də "çox vaxt dəbdəbə kimi qəbul edilir". "Boston Consulting Group"un hesabatına görə, köhnə binalarda soyutma sistemlərinin quraşdırılması "normativ və estetik maneələr" səbəbindən çətinlik yaradır.

Bundan başqa, mənzil kirayə götürən şəxslərin öz mülkiyyətində olmayan sahəyə böyük vəsait yatırmaq istəməməsi və mülkiyyətçilərin quraşdırmaya icazə verməməsi digər əsas problemlərdəndir.

Ekoloji məsələlər də diqqətdən kənarda qalmır:

- Qlobal miqyasda soyutma prosesi illik elektrik enerjisi tələbatının təxminən 10%-ni təşkil edir.

- Bu enerjinin böyük hissəsi hələ də ətraf mühiti çirkləndirən qalıq yanacaq növləri hesabına istehsal olunur.

- Araşdırmalar göstərir ki, kondisionerlərdən geniş istifadə xarici havanın temperaturunu bir neçə dərəcə yüksəldə bilir.




Xəbərin oxunma sayı : 520




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap