“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

NATO üzvü olan Avropa ölkələri müdafiə xərclərini rekord həddə çatdırıb - Siyahı

Tarix 24.06.26, 11:48

Font ölçüsü : - / +
bitmap-img6


NATO-nun Avropadakı üzv dövlətləri müdafiə xərclərini Soyuq Müharibədən bəri ən yüksək səviyyəyə çatdırıblar.

Yeniavaz.com Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına istinadən xəbər verir ki, coğrafi baxımdan Rusiyaya daha yaxın yerləşən ölkələr müdafiəyə daha çox vəsait ayıraraq alyans daxilində lider mövqeyə yüksəliblər.

Avropa İttifaqına (Aİ) üzv NATO ölkələri 2025-ci ildə müdafiə xərclərini 14 faiz artıraraq təxminən 739 milyard avroya çatdırıblar. Bu, 1950-ci illərdən bəri qeydə alınan ən böyük artım hesab olunur. Ümumilikdə, Aİ-yə üzv NATO ölkələri müdafiəyə ÜDM-in orta hesabla 2,5 faizini ayırıblar.
Ən yüksək göstərici Polşaya məxsusdur. Ölkə 2025-ci ildə ÜDM-in 4,48 faizini müdafiəyə yönəldərək həm Avropa ölkələrini, həm də ÜDM-in 3,22 faizini müdafiəyə ayıran ABŞ-ni qabaqlayıb. Sonrakı yerlərdə Litva (4 faiz), Latviya (3,73 faiz) və Estoniya (3,38 faiz) qərarlaşıb. Beləliklə, NATO-nun şərq cinahında yerləşən və Rusiyaya yaxın olan ölkələr müdafiə xərclərinə görə alyansda ön sıralardadır.

Danimarka (3,22 faiz), Yunanıstan (2,85 faiz), Finlandiya (2,77 faiz) və İsveç (2,51 faiz) də müdafiəyə ayırdıqları yüksək vəsaitlə seçilirlər.
Buna baxmayaraq, Avropada müdafiə xərclərinə yanaşmada fərqlər qalmaqdadır. İtaliya, Fransa, İspaniya, Portuqaliya və Çexiya kimi ölkələr NATO-nun müəyyən etdiyi minimum 2 faizlik həddə yaxın göstəricilərlə kifayətlənirlər. Macarıstan və Çexiyada isə ötən il müdafiə xərclərinin ÜDM-dəki payının azaldığı qeyd olunur.

Müdafiə avadanlıqlarının təxminən 40 faizi Aİ xaricindəki təchizatçılardan alınır. Haaqa sammitində NATO üzvləri yeni hədəf müəyyən ediblər. Qərara əsasən, 2035-ci ilə qədər müdafiə xərcləri üzv ölkələrin ÜDM-nin 5 faizinə çatdırılmalıdır. Bunun 3,5 faizi birbaşa əsas müdafiə sahələrinə yönəldilməlidir. Lakin 2025-ci ildə NATO üzrə orta göstəricinin 2,76 faiz olması bu məqsədə çatmağın asan olmayacağını göstərir.

2025-ci ildə alyansın müdafiəsinə ən çox vəsait ayıran Avropa Birliyi daxilində ilk on NATO üzvü aşağıdakı kimidir:
Polşa – ÜDM-in 4,48%-i;
Litva – ÜDM-in 4%-i;
Latviya – ÜDM-in 3,73%-i;
Estoniya – ÜDM-in 3,38%-i;
Danimarka – ÜDM-in 3,22%-i;
Yunanıstan – ÜDM-in 2,85%-i;
Finlandiya – ÜDM-in 2,77%-i;
İsveç – ÜDM-in 2,51%-i;
Niderland – ÜDM-in 2,49%-i;
Rumıniya – ÜDM-in 2,28%-i.



Xəbərin oxunma sayı : 382




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap