“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Otlaqlar daralır, arpa tapılmır: Ət bahalaşacaq?

Tarix 22.06.26, 16:08

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda son illərdə həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunur.

Statistik məlumatlar göstərir ki, 2025-ci illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 0,9 faiz azalıb. Son on ilin göstəricilərini təhlil etdikdə isə xırdabuynuzlu heyvanların sayında 20-25 faiz, iribuynuzlu heyvanlarda isə 7-8 faiz geriləmə qeydə alındığı görünür.

Mütəxəssislər və fermerlər bu azalmanın əsas səbəbləri kimi yem bazasının zəifləməsini, təbii otlaq sahələrinin daralmasını və keyfiyyətli yem çatışmazlığını göstərirlər. Bununla yanaşı, arpa və ot kimi əsas yem məhsullarının bahalaşması heyvandarlıqla məşğul olan təsərrüfatların xərclərini artırır və fəaliyyətlərini çətinləşdirir.

Fermerlərin sözlərinə görə, bəzi hallarda yemlərə keyfiyyətsiz qatqıların əlavə olunması heyvanların sağlamlığına mənfi təsir göstərərək tələfat hallarının artmasına səbəb olur. Digər mühüm problemlərdən biri isə heyvanların tam inkişaf etmədən və damazlıq potensialı qorunmadan erkən yaşda kəsimə göndərilməsidir ki, bu da sürülərin sayının azalmasına gətirib çıxarır.

Məsələ ilə balı iqtisadçı Xalid Kərimli qeyd edir ki, əhalinin ət məhsullarına tələbatının təxminən 25 faiz artdığı bir şəraitdə mal-qara sayının azalması bazarda qiymətlərin yüksəlməsini qaçılmaz edir.

Milli Məclisin deputatı Aydın Hüseynov isə hesab edir ki, mövcud vəziyyətin yaxşılaşdırılması üçün damazlıq heyvanların qorunması, fermerlərə dövlət dəstəyinin artırılması və kəsim məntəqələrində nəzarətin gücləndirilməsi vacibdir. Onun fikrincə, erkən yaşda və normadan aşağı çəkidə olan heyvanların kəsilməsinin qarşısının alınması heyvandarlıq sektorunun davamlı inkişafına töhfə verə bilər./Milli.Az/



Xəbərin oxunma sayı : 229




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap