“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Fuad Nəcəfliyə yeni vəzifə verilib? - “Onun fəaliyyəti ilə bağlı ciddi suallar var“

Tarix 22.06.26, 14:31

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilən Fuad Nəcəfliyə yeni vəzifə verilməsi barədə məlumat yayılıb.

Onun Azərbaycanın aparıcı neft-kimya şirkəti olan STP Şirkətlər Qrupunda yeni posta getdiyi iddia edilib. Bu onunla bağlı müxtəlif iddialar fonunda diqqət çəkir. Belə ki, bir qədər əvvəl F.Nəcəflinin barəsində cinayət işinin açıldığı deyilirdi. Lakin bununla bağlı hər hansı məhkəmə qərarı yoxdur.

Haqqında belə ciddi iddialar dolaşan şəxsin vəzifəyə təyin olunması nə dərəcədə doğrudur?

AzFakt.com xəbər verir ki, mövzu ilə bağlı globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Fuad Nəcəflinin yeni vəzifəyə təyin olunması ilə bağlı yayılan məlumatlar inandırıcı görünmür:

 “Bu məsələni araşdırdım və əldə etdiyim məlumata görə, sözügedən təyinat xəbəri həqiqəti əks etdirmir. Ümumiyyətlə, onun hər hansı vəzifəyə təyin olunması məntiqli deyil. Çünki fəaliyyəti ilə bağlı ciddi suallar var. O, ilk növbədə Naxçıvanda taxıl fondu ilə bağlı iddialara aydınlıq gətirməli, həmin məsələlər üzrə hesabat verməlidir. Lakin bəzən gözlənilməz qərarlar qəbul olunur. Ona görə də belə bir təyinat gerçək olarsa, təəccüblənmək lazım deyil”.

 H.Oğuz bildirib ki, iddialara görə, Fuad Nəcəfli Sumqayıt Sənaye Parkında məsləhətçi vəzifəsinə təyin edilib: “Amma onun bu vəzifədə hansı sahə üzrə töhfə verə biləcəyi müəmmalıdır. Belə bir adam nəyin məsləhətini verə bilər? Ehtiyat, strateji fondların məhvedilmə mexanizmləri barədə məsləhət verəcək? Onun təhsili ilə bağlı da müxtəlif iddialar var. Universitetdən qovulduğu deyilir. Hətta daşıdığı diplom da saxtadır. Bu məsələlər aidiyyəti dövlət qurumları tərəfindən araşdırılarsa, çox ciddi nəticələr ortaya çıxar. Bütün bunları nəzərə aldıqda, Fuad Nəcəflinin yeni vəzifəyə təyin olunması barədə yayılan məlumatlar hazırkı mərhələdə inandırıcı görünmür”.



Xəbərin oxunma sayı : 322




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap