“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Avtomobil satmaq istəyənlərin nəzərinə: Köhnə sahibinin borcu yeni sahibindən çıxır?

Tarix 20.06.26, 10:25

Font ölçüsü : - / +
bitmap-img6


Gədəbəy rayon sakini Süleyman Alıyev uzun illər əvvəl aldığı avtomobili satışa çıxarmaq istəsə də, gözlənilməz problemlə üzləşdiyini bildirir.

AzFakt.com xəbər verir ki, vətəndaşın sözlərinə görə, minik avtomobilini 6 il əvvəl qanuni qaydada əldə edib və dövlət qeydiyyat nişanı saxlanılmaqla nəqliyyat vasitəsi onun adına rəsmiləşdirilib. Lakin bu il avtomobili satmaq məqsədilə notariat orqanına müraciət etdikdə, nəqliyyat vasitəsinə tətbiq edilmiş məhdudiyyət səbəbindən alqı-satqının mümkün olmadığı bildirilib.

Məlumata əsasən, sözügedən məhdudiyyət 2022-ci ildə Samux Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tətbiq olunub. Səbəb kimi isə avtomobilin əvvəlki sahibinin banka olan borc öhdəlikləri göstərilir.

Süleyman Alıyev məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət etdiyini desə də, indiyədək problemin həlli istiqamətində konkret nəticə əldə edilmədiyini qeyd edir.

Mövzu ilə bağlı Ədliyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, fakt araşdırılır və araşdırmanın yekunundan sonra vətəndaşın müraciəti üzrə qanunvericiliyə uyğun addımlar atılacaq.(milli.az)



Xəbərin oxunma sayı : 103




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap