Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Süni intellekt reytinqi açıqlandı - Azərbaycan neçəncidir?

Tarix 27.05.26, 20:16

Font ölçüsü : - / +
bitmap-img6


2026-cı ilin ilk rübü üzrə süni intellektdən istifadəyə dair ölkələrin reytinqi açıqlanıb.

Modern.az xəbər verir ki, hesabat Microsoft AI Economy Institute tərəfindən hazırlanıb və dərc edilib.

Araşdırmada investisiya həcmi, startap sayı və ya data mərkəzlərinin gücü deyil, əmək qabiliyyətli əhalinin generativ süni intellektdən real istifadə səviyyəsi əsas götürülüb.

Reytinqdə Azərbaycan 17,7 faiz göstərici ilə 62-ci yerdə qərarlaşıb. Gürcüstan 20,5 faizlə 54-cü, Türkiyə 17,4 faizlə 65-ci, Qazaxıstan 15,9 faizlə 70-ci pillədə yer alıb.

Siyahıda Ermənistan 7,4 faizlə 139-cu, Rusiya 9,5 faizlə 117-ci, Ukrayna isə 9 faiz göstərici ilə 118-ci sırada qərarlaşıb. İran isə 12,6 faizlə 85-ci yeri tutub.

Reytinqə Birləşmiş Ərəb Əmirlikləri liderlik edir. Ölkədə əmək qabiliyyətli əhalinin 70,1 faizi süni intellektdən aktiv istifadə edir.

Sonrakı pillələrdə Sinqapur (63,4%), Norveç (48,4%), İrlandiya (48,4%), Fransa (47,8%) və İspaniya (44,8%) qərarlaşıb.



Xəbərin oxunma sayı : 499




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap