Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Bir sıra məhkəmələrə yeni təyinatlar oldu - SİYAHI

Tarix 26.05.26, 13:56

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib.

AzFakt.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə çıxarılaraq qəbul edilən "Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında” qərarda əksini tapıb.

Qərara əsasən, aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək, Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin ediliblər:

Əliyeva Aytən Heydər qızı - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
Hüseynov Telman Qulaməli oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
Nuriyev Elnur Aləm oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi
İsmayılzadə Fərid Sabir oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi
Abdullayev Elşən Uğur oğlu - Şirvan Kommersiya Məhkəməsinin hakimi

Hüseynov Elməddin Mirpaşa oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi
Qafarova Rəna Nazim qızı - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayev vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib. Qərara əsasən, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayev də vəzifəsindən azad edilərək, Ali Məhkəmənin hakimi təyin olunub.

Şəki və Şirvan apellyasiya məhkəmələrinə də yeni hakimlər təyin edilib.
 
Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək, Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunub:

Mustafayev Etibar Mustafa oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi
Əsgərov Anar Əlifağa oğlu - Ağsu Rayon Məhkəməsinin hakimi.

Aşağıdakı hakimlər isə vəzifələrinin dəyişdirilərək, Şirvan Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib:

Hacızadə Fəxri Hümmət oğlu - Şəki İnzibati Məhkəməsinin hakimi
Ağabəyov Nicat Rauf oğlu - Lənkəran Rayon Məhkəməsinin hakimi.

Eyni zamanda Nural Turab oğlu Əliyevin vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib. Bakı Hərbi Məhkəməsinin hakimi Bilal Mahir oğlu Məmmədovun vəzifəsi isə dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Qeyd edək ki, Konstitusiyaya əsasən, Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən apellyasiya məhkəmələrinin hakimlərini təyin edir.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap