Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi müəyyənləşdi

Tarix 26.05.26, 8:24

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş son müşavirə ölkəmizin aqrar sektorunun gələcək inkişaf xəritəsini cızan tarixi bir hadisə oldu. Dövlət başçısının çıxışında səsləndirdiyi dərin təhlillər, konkret rəqəmlər və qarşıya qoyulan strateji hədəflər birmənalı olaraq təsdiqləyir ki, Azərbaycanın iqtisadi müstəqilliyi və ərzaq təhlükəsizliyi dövlət siyasətinin ən ali prioritetidir. Bu müşavirə sadəcə növbəti bir hesabat deyil, Azərbaycan kəndinin və regionlarımızın yeni intibah dövrünün anonsudur.

Cənab Prezidentin qeyd etdiyi kimi, onun 2003-cü ildə ilk dəfə dövlət başçısı
seçilməsindən dərhal sonra, 2004-cü ilin əvvəlində qəbul edilən birinci regional inkişafproqramı bu gün qazandığımız uğurların fundamental bünövrəsini qoydu. Keçən 22 il ərzində bir-birini əvəz edən beşillik proqramlar regionlarımızı tamamilə canlandırdı, işsizliyi minimuma
endirdi və nəhəng infrastruktur layihələrinin icrasına rəvac verdi.
Xalqımız yaxşı xatırlayır ki, 2000-cı illərin əvvəllərində bölgələrdə qaz, elektrik enerjisi, yol və su təchizatı nə dərəcədə acınacaqlı vəziyyətdə idi. Bu gün isə işğaldan azad edilmiş ərazilər istisna olmaqla, ölkədə qazlaşdırma səviyyəsi 96%-ə çatıb, Azərbaycan elektrik enerjisi idxal edən ölkədən nəhəng ixracatçıya çevrilib. Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi
nəhəng su anbarlarının inşası və magistral yolların çəkilməsi olmasaydı, bu gün aqrar sektorun inkişafından danışmaq qeyri-mümkün olardı.

Azərbaycan dövləti hər zaman fermerin yanında olub. Bu gün ölkəmiz dünyada çox az sayda dövlətlərdəndir ki, kənd təsərrüfatına bu qədər genişmiqyaslı, çoxçeşidli subsidiyalar və gübrə, yanacaq güzəştləri tətbiq edir. Aparılan islahatlar nəticəsində vaxtilə tamamilə məhv olmaq təhlükəsi ilə üzləşən pambıqçılıq və baramaçılıq yenidən dirçəldilib. Pambıq
istehsalının 20 min tondan 360 min tona çatdırılması və məhsuldarlığın hektardan 3.6 tona yüksəlməsi dövlət dəstəyinin və aqroparkların səmərəli fəaliyyətinin birbaşa nəticəsidir. Ancaq cənab Prezident hər zaman olduğu kimi, reallığa praqmatik yanaşaraq son illərdəki dinamikanın yetərli olmadığını və müəyyən bir durğunluğun müşahidə edildiyini açıq bəyan etdi. Qlobal miqyasda gedən müharibələr, nəqliyyat loqistikasının qırılması, enerji böhranı və iqlim dəyişikliyi bizdən daha çevik və hücumameyilli addımlar tələb edir.

Dövlət başçısı tərəfindən açıqlanan digər məsələ özünü təminetmə əmsallarının həm yerli, həm də xarici investorlar üçün aydın bir yol xəritəsidir. Biz kartofda 91%, mal ətində 84%, quş ətində 82%, kərə yağında 62%, bitki yağlarında isə 52% səviyyəsindəyik. Xüsusilə ərzaqbuğdasında özümüzü təminetmə səviyyəsinin 55%-də qalması qəbulolunmazdır. CənabPrezidentin bu rəqəmləri səsləndirməkdə əsas məqsədi biznes subyektlərinə və xarici tərəfdaşlara daxili bazarda hansı böyük investisiya imkanlarının olduğunu göstərməkdir.

Ölkəmizin beynəlxalq arenadakı yüksək reputasiyası, “orta güc” statusu və əlverişli biznes mühiti xarici sərmayənin məhz bizə lazım olan bu strateji sahələrə cəlb edilməsinə şərait yaradır.

Müşavirədə səsləndirilən mühüm hədəflərdən biri torpaqlardan səmərəli istifadə və hər bir əkin sahəsinin fərdi “pasportunun” hazırlanması idi. Ölkəmiz ərazi baxımından o qədər də böyük olmasa da, mikroiqlim və torpaq tərkibi baxımından olduqca zəngindir. Bu layihə çərçivəsində süni intellekt, peyk imkanları və elektron idarəetmə sistemləri tətbiq ediləcək. Beləliklə, fermerlərimiz hansı sahədə hansı məhsulun daha çox gəlir gətirəcəyini elmi əsaslarla biləcəklər.

Bununla paralel olaraq, dövlət başçısı subsidiyaların verilməsində şablonçuluqdan uzaqlaşmağı, daxili tələbata və ixrac bazarlarının konyunkturuna (bazar şəraitinə) uyğun olaraq daha çevik hərəkət etməyi tapşırdı. Sabit, 10 il dəyişməz qalan subsidiyalar dövrü geridə qalır. İndi hər il həm rayonlar, həm də məhsul növləri üzrə mexanizmlərə yenidən baxılacaq. Eyni zamanda, Karbamid zavodunun timsalında azot gübrəsi ilə özümüzü təmin etsək də, qarışıq gübrə çeşidlərinin ölkədə istehsalı və loqistik təhlükəsizliyi üçün xarici investorlarla aparılan danışıqlar bu sahədəki qlobal qeyri-müəyyənliyin qarşısını alacaq. Dünyada hökm sürən kəndlərdən şəhərlərə axın trendinə qarşı Azərbaycan bu gün özünəməxsus milli strategiya irəli sürərək şəhərdən kəndə qayıdış prosesini başlatmaqdadır.

Bunun üçün kənd və şəhər arasındakı infrastruktur, sosial xidmət fərqləri tamamilə minimuma endirilməlidir. Son illər bölgələrdə tikilən modern xəstəxanalar, məktəblərin 85-90%-nin tam təmir olunması və yenidən qurulması məhz insanları öz dədə-baba torpaqlarına bağlamaq
məqsədi daşıyır. Zəngilanın Ağalı kəndində salınmış intensiv meyvə bağlarından artıq xaricə
məhsul ixrac edilməsi bu siyasətin canlı və uğurlu nümunəsidir. Dövlət yaxın dövrdə daha 20 min hektar sahədə intensiv bağçılıq, 500 hektar sahədə isə yeni istixana komplekslərininyaradılmasını hədəfləyir.

Bütün bu nəhəng hədəflər cənab Prezidentin tapşırığı ilə hazırlanan və 2026-2030-cu nmilləri əhatə edən yeni Dövlət Proqramında öz əksini tapıb. Təxmini hesablamalar göstərir ki, proqram çərçivəsində dövlət xətti ilə 2 milyard manatdan çox, özəl sektorun payı olaraq isə 3 milyard manatdan çox vəsait səfərbər olunacaq. Bu, ümumilikdə 5 milyard manatdan artıq görünməmiş bir investisiya dalğası deməkdir. Bu layihə sadəcə iqtisadi artım deyil, eyni zamanda milli təhlükəsizlik, sosial rifah və gələcək nəsillərin qida təminatı məsələsidir.

Şəmsi Hüseynov



Xəbərin oxunma sayı : 187




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap