Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

İspaniyanın keçmiş Baş nazirinin gizli seyfi aşkarlandı - FOTO

Tarix 27.05.26, 19:09

Font ölçüsü : - / +
bitmap-img6


İspaniya milli polisi “Plus Ultra” korrupsiya işi çərçivəsində axtarış zamanı keçmiş Baş nazir Xose Luis Rodriges Sapateronun ofisində gizli seyf aşkarlayıb. 

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, seyfdə xeyli sayda zərgərlik məmulatları - boyunbağılar, sırğalar, üzüklər, bilərziklər və saatlar olub. 

Keçmiş baş nazirin katibi polisə zərgərlik məmulatlarının Sapateronun həyat yoldaşına miras qaldığını bildirib. Axtarış zamanı zərgərlik məmulatlarından əlavə, polis tərəfindən kompüterdən çıxarılmış müxtəlif disklər, qovluqlar və sənədlər də müsadirə edilib. Həmçinin keçmiş Baş nazirin 2019-cu ildən 2025-ci ilə qədər olan bir neçə gündəliyi də tapılıb.

Sapatero isə iddia edir ki, polis tərəfindən ofis seyfində tapılan zərgərlik əşyaları anasından və qayınanasından miras qalıb və orada həmçinin naməlum hədiyyələr də olub. Onun sözlərinə görə, evlərini satdıqdan sonra cütlük kirayəyə köçüb və evdə seyf olmadığı üçün zinət əşyalarını Ferras küçəsindəki ofisin seyfində saxlamaq qərarına gəlib. 

Milli polis keçmiş Baş nazirin dostu, iş adamı Xulio Martinezin evində də axtarış aparıb və çantalarda, qutularda, yeşiklərdə, hətta kosmetik çantada və radiatorda gizlədilmiş ümumilikdə 286 min avrodan çox nağd pul aşkar edib.

Hazırda bununla bağlı istintaq araşdırması aparılır. 








Xəbərin oxunma sayı : 436




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap