“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“İdrak Liseyi“ndə şagird müəllimi güllələdi - Direktordan və DİN-də açıqlama

Tarix 06.02.26, 11:43

Font ölçüsü : - / +
bitmap-img6


Binəqədi rayonunda yerləşən "İdrak" liseyində fevralın 6-da şagirdin güllələdiyi müəllimin vəziyyəti orta ağırdır.

Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü qadın KTM-ə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.

Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

***

Bakıda "İdrak" liseyində ağır hadisə: 10-cu sinif şagirdi müəllimini odlu silahla vurub.

AzFakt.com-un məlumatına görə, Hadisə Binəqədi rayonu ərazisindəki təhsil ocağında qeydə alınıb. Məlumata görə, şagird müəllimə atəş açıb və nəticədə yaralanma baş verib.

Hüquq-mühafizə əməkdaşları dərhal hadisə yerinə yönəldilib, ərazi mühafizəyə alınıb və istintaq-əməliyyat tədbirləri aparılır. Şagirdin hərəkətinin səbəbləri, silahın mənşəyi və digər detallar barədə hələlik rəsmi açıqlama verilməyib.

Hazırda məktəbdə vəziyyət nəzarət altındadır, lakin təhsil prosesi dayandırılıb. Valideynlər övladlarını liseydən götürürlər. 

Hadisə ilə bağlı əlavə məlumatlar yaxın saatlarda gözlənilir.

***


İlkin olaraq Liseyin rəhbəri Mönsüm Alışov hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib.

“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”, - deyə o "Unikal"a bildirib.


Mönsüm Alışov “Yeni Sabah”a açıqlamasında bildirib ki, əvvəllər bu şagirdlə bağlı şikayət olmayıb: “Davranışları normal olub. Hadisə sinif otağında baş verib. Müəllimin vəziyyəti yaxşıdır, xəstəxanadadır”.

Daxili İşlər Nazirliyi "İdrak" liseyində şagirdin müəllimi güllələməsi faktı ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən xəbərə görə, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.


***

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.



Xəbərin oxunma sayı : 397




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap