Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Tələbələrin təqaüd alma imkanlarını məhdudlaşdırmaq üçün...“ - NDU-dan şikayət

Tarix 19.03.26, 18:19

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvan Dövlət Universitetində tələbələrin təqaüd alma imkanlarını məhdudlaşdırmaq üçün imtahan qrafikinin qəsdən sıxlaşdırıldığı bildirilir. 

Tələbələrin “Gündəlik Naxçıvan”a dediklərinə görə, universitetdə imtahanlar çox qısa fasilələrlə təşkil olunur və bu, onların növbəti imtahana hazırlaşmasını ciddi şəkildə çətinləşdirir.

Onların sözlərinə görə, bu səbəbdən yüksək bal toplamaq və təqaüd qazanmaq da xeyli çətinləşir.

Tələbələrdən S. Aktürk deyir ki, imtahanlar arasında cəmi bir gün fasilə verilir:“Digər universitetlərdə imtahanlar arasında ən azı 4–5 gün vaxt olur. Bizdə isə imtahanlar bir gün ara ilə keçirilir. Bir günə tələbə necə hazırlaşsın? Bu mümkün deyil. Belə qrafik tələbələrin normal şəkildə hazırlaşmasına imkan vermir və nəticədə yüksək bal toplamaq çətinləşir. Qəsdən belə edirlər ki, aşağı bal toplayaq, təqaüdə düşə bilməyək. Bir günə tələbə necə hazırlaşsın?”

Digər tələbə Əfqan Səfərov isə qiymətləndirmə və apelyasiya prosesindən narazılıq edir və bildirir ki, tələbələrin şikayətləri əksər hallarda nəticəsiz qalır:“Zəif qiymət yazılan tələbələr apelyasiya şikayəti verir, baxan yoxdur. Universitetdə qaydalar formal olaraq mövcud olsa da, praktikada onlar işləmir. Aldatmaca ilə məşğul olurlar. Mən şəxsən burda oxuduğuma peşimanam”.

Tələbələr universitet rəhbərliyindən imtahan qrafikinin daha ədalətli şəkildə tərtib olunmasını və apelyasiya mexanizminin real işləməsini tələb edirlər.



Xəbərin oxunma sayı : 109




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap