Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“İran dövlət liderlərinin öldürülməsi qəbuledilməzdir” - Çin şoka düşüb

Tarix 19.03.26, 14:23

Font ölçüsü : - / +
bitmap-img6


Çin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin İsrailin hava hücumu nəticəsində öldürülməsini pisləyib, bunu "qəbuledilməz" adlandırıb.

APA-nın xəbərinə görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian mətbuat konfransında Laricaninin ölümü ilə bağlı suala cavab olaraq bildirib ki, Pekin həmişə beynəlxalq münasibətlərdə güc tətbiqinə qarşı çıxıb.

“İran dövlət liderlərinin öldürülməsi və mülki hədəflərə hücum aktları qəbuledilməzdir”, - o vurğulayıb.

XİN sözçüsü İsrail müdafiə naziri İsrael Katzın “İsrail ordusu hər hansı yüksək rütbəli İran fiqurunu təsdiq tələb etmədən məhv etməyə səlahiyyətlidir” bəyanatından şoka düşdüklərini qeyd edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib ki, belə açıqlamalar bölgədə gərginliyi artırır və beynəlxalq sabitliyə təhlükə yaradır.

Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Katzın sözlərinə görə, o və Baş nazir Benyamin Netanyahunun razılığı ilə İsrail ordusuna kəşfiyyat məlumatları və əməliyyat hazırlıqları tamamlandıqdan sonra hərəkət etməyə icazə verilib.



Xəbərin oxunma sayı : 139




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap