“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Bakı - Sumqayıt üzrə taksi qaydaları sərtləşdi - Sürücülər narazıdır

Tarix 31.01.26, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda qeydiyyatdan keçən sürücülər Sumqayıtda, Sumqayıtda qeydiyyatda olanlar isə Bakıda sərnişin götürə bilmirlər. Taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün yeni qaydalar narazılığa səbəb olub. Qiymətlər isə bir neçə dəfə artıb.

AzFakt.com “Xezerxeber”ə istinadən xəbər verir ki, taksi sürücüləri artıq Bakıdan kənar istənilən bölgədə fəaliyyət göstərmək üçün həmin ərazi üzrə ayrıca buraxılış kartı almalıdırlar.

Yeni tələblərə əsasən, əgər sürücü Bakıda qeydiyyatdan keçibsə və Sumqayıta sifariş aparırsa , əks istiqamətdə, yəni, Sumqayıtda sərnişin götürmək üçün onun bu şəhər üzrə də buraxılış kartı olmalıdır. Əks halda, sürücü həmin ərazidə fəaliyyət göstərə bilməyəcək.

Sürücülər deyirlər ki, bir ərazidən digərinə sərnişin aparan taksi mütləq dolu qayıtmalıdır. Əks halda, bu, avtomatik olaraq qiymət artımına səbəb olur. Hazırda isə qiymətlər artıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, qanuna əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımaları yalnız buraxılış kartında göstərilən ərazi hüdudlarında həyata keçirilə bilər. Həmin tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, sürücülər 50 manat məbləğində cərimə edilə bilər.

Daha ətraflı videomaterialda:






Xəbərin oxunma sayı : 277




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap