“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Pley-off mərhələsinin püşkü atıldı - “Qarabağ“ın rəqibi bilindi

Tarix 30.01.26, 15:58

Font ölçüsü : - / +
bitmap-img6


UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cütlükləri müəyyənləşib.

Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın rəqibi İngiltərə təmsilçisi "Nyukasl" olub.

“Qarabağ” Premyer Liqa klubunu mübarizədən kənarlaşdıracağı halda, 1/8 finalda “Barselona” ilə “Çelsi”dən biri ilə qarşılaşacaq.

Türkiyə çempionu "Qalatasaray" isə pley-offda "Yuventus"la üz-üzə gələcək.

Pley-off cütlükləri:

Monako - PSJ

Benfika - Real Madrid

Qarabağ - Nyukasl

Budyo Qlimt - İnter

Qalatasaray - Yuventus 

Borussiya Dortmund - Atalanta 

Brügge - Atletiko Madrid

Olimpiakos - Bayer Leverkuzen

Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 17-18-i və 24-25-də keçiriləcək. "Qarabağ" ilk oyununu evdə keçirəcək.

Fevralın 27-də 1/8 final, 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq. 10-11 və 17-18 martda 1/8 final, 7-8 və 14-15 apreldə isə 1/4 final oyunları keçiriləcək. Yarımfinal qarşılaşmaları 28-29 aprel və 5-6 mayda baş tutacaq.

Mövsümün final matçı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.



Xəbərin oxunma sayı : 112




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap