“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Yıldız Tilbenin vəkilindən Vəfa Şərifovaya cavab - “Cinayətdir”

Tarix 30.01.26, 20:52

Font ölçüsü : - / +
bitmap-img6


“Yıldız Tilbenin Müğənni Vəfa Şərifova ilə heç bir əlaqəsi, əməkdaşlığı və ya görüşü olmayıb”.

u sözlər Türkiyəli məşhur sənətçi Yıldız Tilbe instaqram səhifəsində onun vəkili Handan Bakbakın adından paylaşılıb.

Açıqlamada bildirilib ki, Yıldız Tilbeyə qarşı mətbuatda yer alan yalan, əsassız, ədalətsiz ittihamlar və iddialar özünü sosial şəbəkələrdə tanıtmaq və populyarlığını artırmaq məqsədi ilə yaradılıb.

“Azərbaycanlı müğənni Vəfa Şərifova həm öz ölkəsindəki televiziya proqramında, həm də sosial media hesablarında duet üçün Yıldız Tilbeyə 100 min dollar ödədiyini, lakin Yıldız Tilbenin bu pulu alsa da, ifadan imtina edərək onu çətin vəziyyətə qoyduğunu bildirib. Yıldız Tilbenin bu şəxslə heç bir əlaqəsi, əməkdaşlığı və ya görüşü olmayıb.

Bu vəziyyət tamamilə uydurma, təşkil edilmiş, qanuna zidd, qəsdən şəxsiyyətin nüfuz və namusunu hədəf alan, ən əsası isə çoxşaxəli cinayətdir. Lazımi hüquqi prosedurlara başlanılacaq. Bunu ictimaiyyətin və aidiyyəti tərəflərin diqqətinə çatdırırıq”, - deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, Vəfa Şərifova qonaq olduğu verilişlərin birində Yıldız Tilbe ilə duet oxuyacağını açıqlayıb. O bildirib ki, duet üçün 100 000 dollar verəcək və bu məbləği əldə etmək üçün avtomobilini satışa çıxarıb.s



Xəbərin oxunma sayı : 340




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap