“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

20 Yanvar faciəsinin təşkilatçıları - Onların heç biri həyatda yoxdur

Tarix 20.01.26, 13:57

Font ölçüsü : - / +
bitmap-img6


1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıya yeridilməsi Azərbaycan tarixinin ən faciəli səhifələrindən birinə çevrildi. Dinc əhaliyə qarşı tətbiq olunan qeyri-adekvat güc 131 nəfərin ölümü, 744 nəfərin yaralanması və 841 nəfərin qanunsuz həbsi ilə nəticələndi. Bu qanlı əməliyyatın arxasında duran əsas siyasi və hərbi fiqurların sonrakı taleyi isə illərdir cəmiyyətin maraq dairəsindədir.

Modern.az 20 Yanvar faciəsinin təşkilatçılarının aqibətini təqdim edir:

Mixail Qorbaçov

SSRİ-nin son prezidenti olan Qorbaçov 20 Yanvar qərarının verildiyi dövrdə ali siyasi məsuliyyət daşıyan şəxs olub. Onun göstərişi ilə fövqəladə vəziyyət elan edildi və Qırmızı Ordu Bakıya yeridildi. Qorbaçov sonrakı illərdə bu qərarın "zəruri” olduğunu iddia etsə də, nə Azərbaycan cəmiyyətindən, nə də beynəlxalq aləmdən üzrxahlıq etdi. SSRİ dağıldıqdan sonra siyasi təsirini itirdi, lakin 20 Yanvarla bağlı hüquqi və ya siyasi məsuliyyət daşımadı. Qorbaçov 2022-ci il avqustun 30-da 91 yaşında vəfat etdi.

Dmitri Yazov

O zamanlar SSRİ-nin müdafiə naziri olan marşal Dmitri Yazov Bakıya qoşun yeridilməsinin birbaşa hərbi icraçılarından idi. 20 Yanvar əməliyyatında ordunun fəaliyyətinə rəhbərlik edən əsas fiqur kimi tanınır. 1991-ci ildə Moskvada baş verən avqust çevrilişi cəhdində iştirakına görə həbs olunsa da, sonradan əfv edildi. Yazov 2020-ci il fevralın 25-də 95 yaşında Rusiyada vəfat etdi. 

Vadim Bakatin

Həmin dövrdə SSRİ-nin daxili işlər naziri olan Bakatin Bakıda tətbiq olunan güc strukturlarının fəaliyyətində rol oynayan siyasi fiqurlardan biri idi. Digər sovet rəhbərlərindən fərqli olaraq, Bakatin sonradan 20 Yanvar hadisələrinə görə peşmanlıq ifadə edən nadir şəxslərdən sayılır. O, bu əməliyyatı sovet rəhbərliyinin böyük səhvi kimi dəyərləndirmişdi. SSRİ dağıldıqdan sonra siyasətdən uzaqlaşdı və 2022-ci iyulun 31-də 84 yaşında vəfat etdi.

Viktor Karpuxin

DTK-nın "Alfa” xüsusi təyinatlı dəstəsinin komandiri olan Karpuxin Bakıda həyata keçirilən xüsusi əməliyyatlarda iştirak edib. Onun rəhbərlik etdiyi qüvvələr dinc əhali üzərinə yeridilən sərt güc mexanizminin əsas elementlərindən biri idi. Sonrakı illərdə Rusiyada yaşadı və 2003-cü ildə vəfat etdi.

Yevgeni Primakov

Həmin dövrdə SSRİ Ali Sovetinin sədri və nüfuzlu siyasi fiqur olan Primakov mərkəzi hakimiyyətin mövqeyini müdafiə edənlərdən idi. 20 Yanvar hadisələri zamanı Moskvanın siyasi xəttini əsaslandırmağa çalışıb. Sonradan Rusiya Federasiyasında baş nazir və xarici işlər naziri postlarına yüksəldi. 26 iyun 2015-ci ildə vəfat edib.

Andrey Girenko

SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Andrey Girenko 20 Yanvar qərarının qəbulunda iştirak edən partiya funksionerlərindən biri kimi tanınır. Onun adı hadisəyə siyasi dəstək verən şəxslər sırasında çəkilir. O 28 dekabr 2017-ci ildə 81 yaşında vəfat edib.

Vladimir Lyaşenko

SSRİ hərbi-siyasi rəhbərliyində yer alan Lyaşenko Bakı əməliyyatı ilə bağlı qərarların icrasında iştirak edən fiqurlardan idi. Vladimir Lyaşenko həmin vaxt Xəzər Hərbi Donanmasının komandanı idi. Lyaşenko 1994-cü ildə Moskvada vəfat edib. 

Aleksandr Lebed

O, faciə zamanı SSRİ Hava Desant Qüvvələrinin 106-cı diviziyasının komandiri kimi Bakıya yeridilən qüvvələrin bir hissəsinə rəhbərlik edib. Sonrakı illərdə verdiyi açıqlamalarda və xatirələrində dinc əhaliyə güc tətbiq edilməsi ilə bağlı ziddiyyətli məlumatlar verib. Lebed 2002-ci aprelin 28-də ildə 52 yaşında Rusiyada baş verən helikopter qəzasında həlak olub.



Xəbərin oxunma sayı : 163




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap