“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sülüeyman Mikayılov mart ayında vəzifədən alınacaq - Əzizovun yaxın adamı başçı gətirilir

Tarix 19.01.26, 12:18

Font ölçüsü : - / +
bitmap-img6


Təqribən iki ay yarım əvvəl Qaradağ rayonunda həyata keçirilən korrupsiya həbsləri fonunda icra başçısı Süleyman Mikayılovun mart ayında vəzifədən azad ediləcəyi iddia olunur...

AzFakt.com xəbər verir ki, son aylarda Qaradağ Rayon İcra Hakimiyyətində baş verən korrupsiya qalmaqalı fonunda rayonun icra başçısı Süleyman Mikayılovun mart ayında vəzifəsindən azad ediləcəyi ilə bağlı iddialar yayılmaqdadır. Məsələ ilə bağlı hələlik rəsmi qərar açıqlanmasa da, hökumətə yaxın mənbələrdə bu istiqamətdə müzakirələrin getdiyi bildirilir.

Xatırladaq ki, təxminən iki ay əvvəl Qaradağ Rayon İcra Hakimiyyətində bir sıra vəzifəli şəxslər barəsində korrupsiya faktları üzrə saxlanılmalar həyata keçirilmişdi. Saxlanılanlar arasında Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay 28 gün müddətinə həbs edilib. Həmçinin Sülüeyman Mikayılovun ən çox etibar etdiyi şəxslərdən biri köməkçisi Rəşad Umudov da saxlanılanlar arasında olub və başçısın köməkçisi ev dustaqlığına buraxılıb.

Məlumatlara görə, istintaq çərçivəsində maliyyə maxinasiyaları, dövlət vəsaitlərinin mənimsənilməsi və səlahiyyətlərdən sui-istifadə halları araşdırılıb. Həmin həbslər cəmiyyətdə ciddi rezonans doğurmuş, icra strukturlarında sistemli korrupsiya ehtimalları ilə bağlı sualları gündəmə gətirmişdi.
Rəsmi qurumlar istintaqın detallarını tam açıqlamasa da, saxlanılan şəxslərin bir qisminin icra hakimiyyətinin müxtəlif şöbələrində rəhbər vəzifələrdə çalışdığı bildirilirdi.

Qeyd edək ki, icra başçı  Mikayıl Süleymanov həbs olunanlarla 15 ildən artıq birlikdə çalışıb və həmin şəxslər Sülüeyman Mikayılovun komandasının nüvəsini təşkil edib. Mediada və sosial şəbəkələrdə də yayılan məlumatlarda korrupsiya işi üzrə saxlanılan məmurların birbaşa və ya dolayı yolla icra başçısı Süleyman Mikayılovun yaxın çevrəsinə aid olduğu iddia edilir. Bildirilir ki, uzun müddət eyni kadrların vəzifədə saxlanılması, nəzarət mexanizmlərinin zəifliyi və maliyyə proseslərinə effektiv nəzarətin olmaması bu cür halların baş verməsinə zəmin yaradıb. Həmçinin mətbuat və sosial şəbəkələrdə Sülüeyman Mikayılovun komandasının cinayət tərkibli fəaliyyətindən xəbərsiz olmadığı da ifadə edilib.

Bununla belə, Süleyman Mikayılovun korrupsiya əməllərində birbaşa iştirakına dair hər hansı məhkəmə qərarı və ya rəsmi ittiham mövcud deyil. Buna baxmayaraq, Sülüeyman Mikayılovun istintaqa ifadə verməsi haqqında mətbuatda məlumat yayılıb.

Qeyd edək ki, baş verənlər fonunda Qaradağda kadr dəyişiklikləri qaçılmaz görünürdü və ona görə də Novruz bayramına qədər icra başçısı ilə bağlı qərarın verilməsi ehtimalı yüksəkdir. İddia olunur ki, Qaradağ rayonuna başçı vəzifəsinə bir neçə namizədin müzakirəsi aparılır və onların arasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova yaxın olan şəxs də var.



Xəbərin oxunma sayı : 862




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap