“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Bakıda əmlak qiymətlərində yeni rekordlar: Bir kvadratmetr üçün 17 550 manat təklif olunur

Tarix 19.01.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhərinin bəzi küçələrində mənzillərin bir kvadratmetri 17 min manatdan baha təklif olunur. Məsələn, Nəsimi rayonu, Neftçilər prospektində bir mənzilin 1 kvadratmetri 17 550 manatadır.

AzFakt.com Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtda mənzil sahibi olmaq istəyənlər üçün ən bahalı ünvanlar məlum olub. Qiymətləndiricilər Cəmiyyətinin araşdırmasına görə, siyahıya Nəsimi rayonu, Neftçilər prospekti başçılıq edir. Burada bir kvadratmetr üçün tələb olunan məbləğ, orta statistik mənzil qiymətini dəfələrlə üstələyir.

Qiymətlər onu deməyə əsas verir ki, Səbail, Nəsimi və Yasamal rayonları bahalı mənzil reytinqində üstünlüyünü qoruyur. Məsələn, Üzeyir Hacıbəyli küçəsində qiymət 14 min manatdan çoxdur, Ağ şəhər layihəsində isə bu rəqəm 8 min manatı keçir. İstiqlaliyyət, Əhməd Cavad və Əziz Əliyev kimi tarixi küçələrdə isə mənzillərin bir kvadratmetrinin qiyməti 4-5 min manat arasında dəyişir. Bəs qiymətlərdə bu qədər artıma səbəb nədir?

Ekspertlər bildirirlər ki, bu ərazilərdə mənzillərə tələbin yüksək olması və investisiya maraqları da qiymət artımının əsas səbəblərindəndir. Paytaxtın mərkəzində mənzil almaq yalnız yaşayış üçün deyil, həm də gələcəkdə böyük qazanc əldə etməyi vəd edən investisiya hesab edilir. Bundan əlavə, burada ev alıb yüksək qiymətə kirayə verənlər də mövcuddur. İnfrastruktur genişləndikcə, həmin küçələrdə qiymət artımının bu il də davam edəcəyi gözlənilir.




Xəbərin oxunma sayı : 706




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap