“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Kürdəmirdə bir qrup sakin satdıqları narın pulunu hələ də ala bilmirlər - VİDEO

Tarix 14.01.26, 22:20

Font ölçüsü : - / +
bitmap-img6


Kürdəmirdə bir qrup sakin satdıqları narın pulunu hələ də ala bilmirlər
Kürdəmir rayonunun Ərşəli kənd sakinləri satdıqları nar məhsulunun pulunu hələ də ala bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, kənd sakinləri bildirirlər ki, 3 ay əvvəl    Yavər adlı şəxs oktyabr ayının müxtəlif günlərində 34 nəfərə məxsus nar məhsulunu alıb.

İddiaya görə, məhsullar hər bir sakindən fərqli məbləğlərdə götürülsə də, ümumilikdə 24 min manat dəyərində olan vəsait bu günə qədər ödənilməyib.

Kənd sakinləri bildirirlər ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq, problemin həlli mümkün olmayıb. Onlar artıq hüquq-mühafizə orqanlarına da müraciət ediblər.  

İddialarda adıçəkilən Yavər adlı şəxslə əlaqə saxladıq. Məlum oldu ki, həmin şəxsin adı Sərkər İslamovdur. O, borclu olduğunu təsdiqləyərək pulların hissə-hissə qaytarıldığını vurğuladı.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan məsələ ilə bağlı bildirilib ki, ötən ilin noyabr ayında bir qrup şəxs Kürdəmir rayon polis şöbəsinə müraciət edərək satdıqları kənd təsərrüfatı məhsullarının pulunu ala bilmədikləri və bu səbəbdən onlara maddi ziyan dəydiyi barədə məlumat veriblər. Daxil olan müraciətlərlə bağlı izahatlar alınıb, vətəndaşlara dəyən ziyanin bir hissəsinin ödənilməsi təmin edilib. Müraciətlər əsasında polis şöbəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.





Xəbərin oxunma sayı : 298




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap