“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Yasamalda yerləşən 32 saylı bağçada yeməklər valideynlər tərəfindən hazırlanır? - VİDEO

Tarix 14.01.26, 21:19

Font ölçüsü : - / +
bitmap-img6


Yasamal rayonunda yerləşən 32 saylı uşaq bağçasında aşpazların işdən çıxarılması ilə bağlı narazılıq yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, bağçada uzun illər çalışdıqlarını bildirən aşpazlar iddia edirlər ki, onlar qanunsuz olaraq işdən azad ediliblər.

8 il həmin bağçada aşpaz işlədiyini deyən Rəhilə Mehdiyeva iddia edir ki, hazırda onların yerinə uşaqlar üçün yeməklər bağçada çalışan iki əməkdaşın valideynləri tərəfindən hazırlanır.

Onun iddiasına görə, istifadəyə yayarsız əti bişirməyə etiraz edib və həmin əti "Depot" MMC-yə  göndəriblər. Çünki iki il əvvəl bağçada işləyən aşpazlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin balansından çıxarılaraq "Depot" MMC-yə işə götürülüblər.

32 saylı uşaq bağçasının müdir əvəzi Nurlanə Rzayeva  isə deyir ki, ona bu vəzifə sentyabr ayında həvalə edilib  və heç bir əməkdaşı işdən çıxarmayıb.

Nurlanə Rzayeva onu da bildirdi ki, körpələr evi-uşaq bağçasında kənar şəxlər tərəfindən yemək bişirilməsi iddiası əsassızdır. "Dost" Xidməti  tərəfindən bağçaya yeni aşpazlar göndərilib və onlar artıq vəzifələrinin icrasına başlayıblar.

Məsələyə aydınlıq  gətirmək  məqsədi ilə "Depot" MMC-lə əlaqə saxladıq. Telefonumuzu açsalar da, suallara aydınlıq gətirməkdən imtina etdilər.

Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, daxil olan müraciət əsasında bağçada yoxlama keçirilib. Baxış zamanı məhsulların temperatur rejiminə, mal qonşuluğuna və istifadəyə yararlılıq müddətlərinə əməl olunduğu, istehlaka təqdim edilən çiy mal ətindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində isə hər hansı uyğunsuzluğun aşkar olunmadığı müəyyən edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirildi ki, bağçanın sabiq aşpazları ilə yenidən əmək müqaviləsinin bağlanmaması onların işlədikləri müddət ərzində davamlı olaraq nizam-intizam qaydalarını və bağçanın normal iş rejimini pozmaları ilə əlaqədardır.






Xəbərin oxunma sayı : 280




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap