“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Zaur Mikayılov onu rəis müavini təyin etdi - FOTOLAR

Tarix 13.01.26, 18:13

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə yeni rəis müavini təyin olunub.

AzFakt.com xəbər verir ki, yeni rəis müavini kollektivə təqdim edilib.

ADSEA sədri Zaur Mikayılovun Əmrinə əsasən, Əliağa Əzizov rəis müavini vəzifəsinə təyin olunub. Bu, Xidmət üzrə ikinci rəis müavini təyinatıdır.

Bununla bağlı Xidmət rəisi Rafiq Aslanovun iştirakı ilə tədbir keçirilib.

Xidmət rəisi çıxışında qeyd edib ki, dünən ölkə başçısının rəhbərliyi ilə keçirilmiş müşavirə Azərbaycanın su təhlükəsizliyi sahəsində aparılan islahatların strateji əhəmiyyətini bir daha göstərdi.Cənab  Prezidentin Sərəncamı ilə təsdiq olunmuş Milli Su Strategiyası artıq icra mərhələsində konkret nəticələr verməkdədir və içməli su təminatı, su itkilərinin azaldılması, su-kanalizasiya və yağış suları infrastrukturunun inkişafını prioritet istiqamət kimi müəyyən edir.

Rəis müavini Əliağa Əzizov etimada görə təşəkkürünü bildirib və üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini vurğulayıb.

Əliağa Əzizov 1996-cı ildə Sumqayıtda anadan olub. 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin meliorasiya və su təsərrüfatı tikintisi ixtisasını bitirib, 2018-2020-ci illərdə BMT-nin FAO proqramı çərçivəsində Macarıstanda “Su ehtiyatlarının idarə edilməsi” üzrə magistr təhsili alıb və Hollandiyada su diplomatiyası üzrə ixtisasartırma kursunu bitirib. 2020-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də baş məsləhətçi, 2023-cü ildən ADSEA-da “Elm və innovasiya” sektorunun müdiri, 2025-ci ildən isə şöbə müdir müavini vəzifəsində çalışıb. Evlidir.




Xəbərin oxunma sayı : 97




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap