“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Azərşəkər”in sabiq sədri Anar Mehdiyev buna görə azadlıqda imiş - Yeni detallar

Tarix 10.01.26, 15:58

Font ölçüsü : - / +
bitmap-img6


"Azərşəkər" MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar daha bir detal məlum olub...

AzFakt.com "Qafqazinfo"ya istinadla xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yarım milyondan çox yeyinti faktı üzrə ittiham edilən Anar Mehdiyev və digərləri vurulmuş ziyanı tam ödəyiblər.

Faktla bağlı başlanmış istintaq çərçivəsində Anar Mehdiyevdən əlavə, cinayətdə iştirak edən daha iki məsul şəxs - Ruslan Ələsgərov və Əvəz Süleymanovun da qanunsuz əməlləri üzə çıxıb. Müəyyən edilib ki, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər. Amma xüsusilə ağır cinayət əməli üzrə təqsirləndirilən şəxslərin heç biri həbs edilməyiblər.

Bunun səbəbi isə ibtidai istintaq mərhələsində prokurorluq tərəfindən 800 min manatlıq ziyanın Anar Mehdiyev və digərlərinə tam ödətdirilməsidir.

Qanuna əsasən, xüsusilə külli miqdar təşkil edən mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işinə xitam verilməsi üçün vurulmuş ümumi ziyanın (800 min manat) 50 faizi həcmində, yəni əlavə 400 min manat dövlət büdcəsinə ödənilməlidir. Lakin hazırkı iş üzrə 800 min manatdan əlavə ödəniş həyata keçirilməyib.

Gələcəkdə məhkəmə istintaqı dövründə də əlavə 400 min manat ödənilməzsə, ittihamedici hökm çıxarıla bilər. Hazırda təqsirləndirilənlərin üçü də polis nəzarətindədirlər.

Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər "Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri olub. Həmçinin o, nizamnamə kapitalı bir milyon manat olan "Dastan Agro" MMC-nin qanuni təmsilçisidir. Hər iki şirkət hazırkı cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb.



Xəbərin oxunma sayı : 544




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap